Xəbərlər

“O boyda bazar yanır, bir neçə yanğınsöndürən əlində şlanq…” – Ehtiram Mehdiyev

“Günümüzü çox pis xəbərlə açdıq. Dərnəgüldə inşaat materialları bazarında güclü yanğın baş verib. Yenə də olan sahibkara oldu. Uzun illər əziyyətlə qazandığı bir gecədə yanıb külə döndü”.

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğına görə Fövqəladə Hallar Nazirliyinin məsuliyyət daşıdığını bildirib. O, ərazidə heç bir təhlükəsizlik tədbirinin görülmədiyini deyib:

“İndi yanğının səbəbini soruşsaq ya deyəcəklər “qəsdlə törədilib”, ya da “təhlükəsizlik qaydalarına riayət olunmayıb”. Hər iki halda hesab edirəm ki, cavabdeh FHN-dir. Çünki bu gün Azərbaycanda kiçik bir bazarın tikintisindən fəaliyyətinə qədər FHN icazə verir. Hətta lazımi standartlar və təhlükəsizlik qaydalarına riayət olunmadıqda qurum tərəfindən tikintiyə “stop” qoyulur.

Görüntülərə baxdım, ərazidə elektrik xətləri hörümçək toru kimi çəkilib. Kim nətər gəldi elektrik xətlərindən istifadə edib.

Yanğın zamanı yanğının genişlənməsinin qarşısını almaq üçün nazirlik bütün gücünü səfərbər etməlidir. Təsəvvür edin, o boyda bazar yanır bir neçə yanğınsöndürən əlində şlanq güclü alovla mübarizə aparır. Halbuki bir yanğınsöndürən helikopter bəs edər ki, yanğın geniş miqyasda yayılmasın. Hardadır o helikopterlər, digər avadanlıqlar? Onlar qonşu ölkələrdə yanğın hadisəsi üçün saxlanılıb?

Nə deyim vallah, Allah sahibkarlara səbr versin. Bir nəfər də dünyasını dəyişib. Allah rəhmət eləsin”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu