Xəbərlər

İsrail və Livan Hizbulla məsələsində razılaşır… – Şərh

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan təmaslar regionda davamlı sülh perspektivlərini yenidən gündəmə gətirib. Marko Rubionun açıqlamaları fonunda əsas müzakirə mövzularından biri də şiə qrupu “Hizbullah”ın təsirinin məhdudlaşdırılmasıdır.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şəərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Livan dövləti “Hizbullah”ın fəaliyyətinə son qoymaq istəyir. O , bunun bir istək olduğunu və Livan dövlətinin bunu bacara bilmədiyini qeyd edib:

“Lakin müəyyən cəhdlər göstərir və mütəmadi olaraq təşkilatın fəaliyyətinin mənfi təsirləri və İrana bağlılığının ölkə üçün problem yaratdığını bəyan edir. Əgər beynəlxalq dəstək olmasa və İran rejimi yerində qalsa, ABŞ ilə razılaşma əldə olunmasa təkbaşına Livan hökumətinin “Hizbullah”ı silahsızlaşdırması mümkün görünmür. Təşkilat bilir ki, silahı yerə qoymaq onun üçün ləğv edilməsi kimi bir hadisədir yaxud buna aparan yoldur. Xüsusən İrana bağlı təşkilatın hazırki müharibə durumunda bu addımı atması absurddur. Görünür İsrail Livanın müəyyən hissələrini ələ keçirməyə bəhanə üçün hökumət qarşısında mümkünsüz tələb irəli sürür. Əks halda da “siz bacarmadınız, gərək biz edək” prinsipi ilə hücumlara əsas yaradır. Hər bir halda Yaxın Şərqdə yenidən müharibə alovunun şiddətlənməsi gözlənilir”.

Politoloq vurğulayıb ki, İranla ABŞ danışıqları müsbət nəticələnməyincə Tehran “Hizbullah”a heç bir kompromisə getməyə izn verməyəcək:

“Hizbullah”, “Ənsarullah”, HƏMAS, İraq “Hizbullah”ı İranın bu ölkədəki dayaq nöqtəsi, terror təşkilatıdır. Bu təşkilatların fəaliyyətini dayandırmadan İran rejimini dəyişmək iddiasına düşmək sadəcə gülüncdür. Siyasəti yanlış aparırlar. Yaxud da İran rejimini qorumaq, sadəcə öz istəklərinə uyğun fəaliyyətini davam etməsini istəyirlər. Çünki İran “Hizbullah” kimi təşkilatların varlığı hesabına İsrail işğal və qətliamlar icra edir. Bu təşkilatların atdığı raketlər İsrail üçün hava-su kimi lazımdır”.

Bir cavab yazın

Back to top button