Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişlidə evi yanıb kül olan vətəndaşa baş çəkib.
Vətəndaşın evi tamamilə yanıb kül olub. Ev sığortası olmayan zərərçəkən buna görə hazırda ağır durumdadır, çünki yeni ev tikməyə imkanı yoxdur.
Deputat Razi Nurullayev hadisə yerindən vətəndaşlara səslənərək sığortanın vacibliyini vurğulayıb.