MCP daxilində gender bərabərliyi… – SORĞU

Qadınların siyasətdə iştirakı və qərarvermə proseslərinə təsiri, çağdaş cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri sayılır.
Partiyaların fəaliyyəti isə qadınların siyasətdə daha aktiv iştirakını və ölkənin siyasi-iqtisadi və sosial sahələrinə təsir imkanlarını artırır.
Modern.az Azərbaycanda mövcud olan siyasi partiyaların Qadınlar Şurasının rəhbərlərini öyrənmək üçün partiyalar arasında sorğu keçirib.
Milli Cəbhə Partiyasından bildirilib ki, partiya daxilində bu cür bölgü düzgün hesab edilmir. Heç bir ayrı-seçkilik olmadan kişi və qadınların hüquqları bərbər səviyyədə qorunur və partiya daxilində, o cümlədən siyasi fəaliyyətdə hər ikisinə eyni imkanlar yaradılır. MCP-nin sonuncu qurultayında Qadınlar Şöbəsi ləğv olunub, həmin vaxta qədər isə vəzifəni Almaz Məmmədova icra edib.
Partiyadan o da bildirildi ki, Nəzarət-Təftiş kommisiyasını 5 üzvünün 3-ü qadındır (Şəlalə Babayeva, Sədaqət Əliyeva, Ləman Yusifova). Eyni zamanda Şəhid və qazi ailələri ilə iş üzrə rəhbər vəzifəsini Esmira Günəş həyata keçirir. Bundan başqa Bələdiyyələrə üzv seçilən partiya nümayəndələrinin 8-nin 5-i qadındır.