Xəbərlər
Vətəndaşlara təmənnasız hüquqi xidmət

– Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevin təşəbbüsü ilə MCP qərargahında vətəndaşlara təmənnasız hüquqi məsləhət kampaniyası davam edir.
– Həftənin 1-ci və 5-ci günləri,
– Saat 11:00-dan 14:00-a kimi,
– Ünvan: Lider TV-nin binası, 9-cu mərtəbə.
– Hüquqşünas Vüqar Dadaşov
– 2021-ci ildən kampaniya çərçivəsində fasiləsiz qəbullar keçirilir. Müraciətlərin baxılması üçün aidiyyəti üzrə yönəldilir, müvafiq hüquqi yardım göstərilir.
– Xüsusi qeyd: Müraciətlərin çoxluğunu və forma müxtəlifliyini nəzərə alaraq bildirək ki, “hüquqi məsləhət” dedikdə məhkəmə prosesində iştirak nəzərdə tutulmur. Vətəndaş müraciət etdiyi məsələdə maarifləndirilir, ona üzləşdiyi problemlərin həllində hüquqi məsləhət verilir.