İranın “Zəngəzur dəhlizi”nə mövqeyi dəyişəcək – ŞƏRH

İsrailin İrana siyasi və hərbi nüfuzuna xələl gətirən uğurlu hücumuna təkcə Yehran-Tel-Əviv münasibətləri kontekstindən, eləcə də nüvə proqramı ilə bağlı qiymət verilməsi qətiyyən doğru deyil. Məsələ qlobal masştabda və geniş təhlil olunmalıdır.
Bunu Sosdem.az-a açıqlamaaında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspertin sözlərinə görə İsrailin İrana çox uğurlu və sarsıdıcı zərbəsi ABŞ, Böyük Britaniya ilə razılaşdırılmış və birgə hazırlanmış əməliyyatdır:
“Bu hücum eyni zamanda, Rusiya-İran-Çin siyasi və hərbi birliyinə qarşı bir plandır. ABŞ prezidenti Trampın hücumdan sonra əməliyyatı “mükəmməl” adlandırması və davamının olacağını deməsi hər şeyə aydınlıq gətirir. Xüsusən də, Trampın nüvə proqramı ilə bağlı İrana 60 gün vaxt verməsi, İranın ali rəhbəri Xameneinin razılaşmadan imtinasından sonra, İsrailin İrana hücumunun verilən müddətin 61-ci günündə baş tutması prosesə Ağ Evin rəhbərliyini açıq göstərir.
Böyük Britaniya baş naziri Ştarmerin gəlişindən sonra Qərbin Ukraynaya bir mənalı dəstəyi və ABŞ prezidenti Trampla mütəmadi görüş, telefon danışıqları ABŞ rəhbərinin Rusiyaya loyal münasibətinin dəyişməsi səbəblərindəndir.
İsrailin İrana hücumu eyni ilə bir neçə gün əvvəl Ukraynanın Rusiyaya vurduğu ağır zərbənin xaraktercə təkrarıdır. Ukrayna Rusiyanın dərinliyinə vurduğu zərbə Moskvanın hərbi, siyasi nüfuzuna və Putin iqtidarına çətin sınaq olduğu kimi, Tel-Əvivin də də Tehranın ən yüksək hərbi komandanlarını paytaxtda vurması eyni ilə Xamenei hakimiyəti, rejimi üçün ciddi zərbədir. Ukrayna da, İsrail də təklikdə belə bir əməliyyat hazırlayıb həyata keçirə bilməzdi”.

Şərhçi bildirib ki, İsrail Xameneini də vura bilərdi, lakin ilk mərhələdə dini liderin öldürülməsinin İranda milli birliyə səbəb ola biləcəyi nəzərə alınıb:
“Hücumlar davam etdirilərsə, Xameneinin də zərərsizləşdirilməsi üçün əlverişli siyasi, psixoloji mühüt formalaşa bilər.
Xatırlamaq yerinə düşər, İran Rusiyanın Ukraynaya hücumuna hərbi, siyasi dəstək verir, silahlarla təhciz edirdi. İsrailin İrana hücumunun Ukraynanın da əlini xeyli gücləndirəcək. İranın vurulmasının Rusiyanın Ukraynanın taleyinə bir başa təsir edən, çox vacib strateji liman şəhəri Odessaya hücuma hazırlaşdığı bir dövrdə baş verməsi, bu əməliyyatın ümumən Qərbin Rusiya-İran-Çinə qarşı planı olduğuna şübhə qoymur”.
Politoloq vurğulayıb ki, hücumlar Tehranı Rusiyaya verdiyi hərbi-siyasi dəstəkdən imtinaya, həm də Zəngəzur dəhlizinə qarşı mövqeyindən geri çəkilməyə məcbur edəcək:
“Təbii ki, nüvə proqramını da dayandıracaq. Artıq məlumat var ki, İran ABŞ-yə nüvə proqramından imtina etməyə hazır olduğunu çatdırıb. Ancaq Xamenei hakimiyəti devrilə bilər. İranın vəd etdiyi kimi, ABŞ-nin regiondakı müttəfiqlərinə zərbə endirməməsi Xamneyi hakimiyətinin devrilməsinə verilə biləcək qərarla bağlıdır.
Yeri gəlmişkən, Macarıstan baş naziri Viktor Orbanın Rusiyaya loyal münasibətinin dəyişməsi və Moskvaya qarşı çıxması Putin və Xamenei hakimiyəti ilə bağlı məlumatlı olması və ehtiyatlanmasına görədir. Rusiya və İran nümunəsi Çinin siyasi kursunda dəyişiklərə səbəb olacaq, ancaq ona qarşı planları dəyişməyəcək”.