Bu təhlükə Çernobıldan daha dəhşətlidir – Başqan müavini

“Metsamor” olduqca təhlükəlidir. QHT-lər bildiriblər ki, stansiyanın çevrəsində çatlar əmələ gəlib. Dünya mətbuatı və fizikləri ”Metsemor”u dünyada və reğionda ən təhlükəli stansiya hesab edirlər.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini Rafiq Daşdəmirli deyib.
Partiya funksioneri əlavə edib ki, bu təhlükə sadəcə reğionu deyil, eyni zamanda başqa dövlətləri də narahat etməlidir:
“Qafqaz reğionunun o qədər də böyük olmadiğını nəzərə alsaq, ən çox təhlükə Gürcüstan və Azərbaycana dəyəcək. Təsüf ki, Avropa birliyi və Avropa şurasının stansiyanın potensial təhlükə olmasınıi ifadə etməsinə baxmayaraq, stansiya öz fəaliyyətindədir. Qardaş Türküyə və Azərbaycannın da Beynəlxaq atom agentliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də heç bir tədbir görülmür”.

R.Daşdəmirli bildirib ki, Gürcüsatan da bu təhlükə mənbəyinin dayandırılması üçün öz səylərini artırmalıdır:
“Axir vaxtlar Gürcüstanda xalq arasında ölüm hadisələrinin çoxalması bu stansiyanın fəaliyyəti ilə əlaqələndirilir. Deyilən görə Gürcüstanda Azərbaycan türklərinin yaşadığı bölgə stansiyaya daha yaxındır”.
“Onu da nəzərə almaq lazımdır ki, AES-in istismar müddəti 2001-ci ildə bitmişdir”, deyən başqan müavini, “bir anlığa falakəti təsəvvür etsək, nələrin baş verə biləcəyini xarakterizə etmək üçün sözlər kifayətsizdir”, deyə vurğulayıb:
“Çernobılda 7 minə yaxin insanın öldüyünü, 25 min insanin şikəst qaldığını nəzərə alsaq, “Metsamo”run dəhşət saçan təhlükəsini hiss etməmək mümkün deyil”.