Xəbərlər

Dövlət nikahı olmadan dini kəbin batildir – Dinşünas

Əslində dini, yaxud dinsiz deyə fərqli kəbin anlayışı yoxdur. Sadəcə bunu sonradan təsnifatlara bölüblər.

Sosdem.az xəbər verir ki, bu sözləri Bizim.Mediaya Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

Dünşünas bildirib ki, əslində dini kəbin anlayışı yanlışdır:

“Kəbin evlənən kişi ilə qadın arasında rəsmiləşdirmə aktıdır. Həddi buluğa çatmış, evlənmək iqtidarında olan iki şəxsin ər-arvad elan edilməsi əvvəlcə dövlətin rəsmi orqanı tərəfindən təsdiqlənməlidir. Əslində dini yaxud dinsiz deyə fərqli kəbin anlayışı yoxdur. Sadəcə bunu sonradan təsnifatlara bölüblər. Sanki dini kəbin ayrıdır. Onda belə çıxır ki, dövlətin təsdiq etdiyi kəbin dinsizdir? Şübhəsiz ki, bu belə deyil, kəbin kəbindir. Əksinə dövlətin təsdiq etdiyi nikah daha etibarlı olduğu üçün dini cəhətdən də etibarlı olan budur. Sadəcə insanların köhnə adətinə uyğun olaraq, adət baxımından rəsmi nikahdan sonra din xadiminə müraciət edib dua oxuda bilərlər”.

Kəbin kəsilərkən şahid məsələsinə gəldikdə isə ilahiyyatçı hesab edir ki, dövlətin təsdiq etdiyi kəbinin şahidə ehtiyacı yoxdur:

“Şahidlərin olması kəbinin gizli olmadığını, əsaslı olduğunu sübut etmək üçündür. Dövlətin təsdiq etdiyi kəbinin qüvvəsi heç bir şahidə ehtiyac yeri qoymur. İslam hüququnda kəbinə qoşulan şərtlərin hamısı nikahın sağlam olması üçündür.

Dövlət nikahı olmadan din xadiminin icra etdiyi kəbin batildir və nə dini, nə də qanuni cəhətdən doğrudur. Rəsmi din xadimi yalnız rəsmi nikahdan sonra kiməsə kəbin oxuya bilər. Din xadiminə iki vətəndaşı rəsmi olaraq ər-arvad elan etmək səlahiyyəti verilmir. Dünyəvi, hüquqi dövlətdə yaşayırıq, din də dövlətdən ayrıdır. Boşanma və digər miras məsələlərini də din xadimi, qazılar yox, məhkəmələr həll edir.

Əgər kiminsə dövlətin rəsmi nikahından sonra din xadiminin də təkrar nikah duası oxumasına mənəvi ehtiyacı olarsa, daxilən rahat olması üçün rəsmi din xadimlərinə müraciət edib dini adlandırılan kəbin də oxuda bilər.

Orta əsrlərdə din xadiminin kəsdiyi kəbin rəsmi xarakter daşıyıb yaxud həmin funksiyanı qazı adlanan ruhanilər icra edib. Ona görə belə bir ənənə qalıb ki, sanki mütləq din xadimi də kəbin kəsməlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu