Ukraynanın parçalanması rəsmiləşir? – PROQNOZ

“Ukraynanın parçalanması artıq rəsmiləşir” qənaəti zənnimcə hələ əsaslı deyil. Rusiya-Ukrayna müharibəsinin sonlanmağı ilə əlaqədar, Putin-Tramp danışıqlarının nəticələrini Zelenski və ukraynalılar qəbul etməyəcək. Baxmayaraq ki, Avropa üçün Rusiya-Ukrayna müharibəsinin dayandırılması iqtisadi baxımdan sərfəlidir, ancaq siyasi-psixaloji nəticələri perespektivdə Avropanın təhlükəsizliyinə ciddi və real təhdid yaratdığından, umumən Avropa Ukrayna ilə həmfikirdir və ona dəstək olmağa məcburdur”.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Baydenin prezidentliyi dövründə Ukraynaya əsas dəstəkçi ABŞ olsa da, Tramp dövründə aparıcı rolu Böyük Britaniya və umumən Avropa İttifaqı oynayacaq. Hələ, Trampın tamamilə Ukraynanın maraqlarınını nəzərə almayacağı barədə fikrlər də doğru deyil.
Kollektiv Qərb Ukrayna müharibəsi ilə Rusiyanı müəyyən qədər zəiflətməyə, hərbi güc imicinə əhəmiyyətli zərbə vurmağa nail olduğu halda, Rusiyaya dirçəltmək üçün imkan veriləcəyi inandırıcı görünmür. Rusiya-Çin, Rusiya-İran münasibətləri aydın şəkildə ABŞ başda olmaqla Kollektiv Qərb üçün rəqib və hədəf göstərilir, bu halda Donald Trampın ABŞ-ni oyundan kənarlaşdırmaq cəhdi, görüntüsü müvəqqətidir.
Rusiyanın mövqeyini itirdiyi Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa ilə Putinin telefon danışığı və bəzi razılıqların əldə edilməsi Qərbi rahat buraxa bilməz. Ukraynanın Rusiya qurban verilməsində əsas əngəllərdən biri də məhz Türkiyənin olduğu şübhəsizdir. Avropa İttifaqının ABŞ-siz çoxdan planlaşdırdığı təhlükəsizlik hərbi birliyi də artıq reallaşa bilər. Məlumdur ki, Avropanın təhlükəsizliyində Türkiyə faktoru əsas götürülür” – ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqının Tramp-Putin danışıqlarından kənarda saxlanılması da, bu danışıqlardan əldə olunan mümkün razılaşmanın pozulmasını şərtləndirən əsas amillərdəndir:
“İstisna deyil ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, gözlənilən Tramp-Putin danışıqlar prosesindən hər hansı əhəmiyyətli razılaşma əldə edilsə də, onun praktik icrasına yol verilməyəcək. Maksimum, Tramp dövründə Rusiya-Ukrayna müharibəsində müəyyən səngimə ola bilər, bu sakitlik ancaq Trampın prezidentliyi dövrünü əhatə edəcək. Kimin və hansı ölkənin təzyiq və təhdidindən asılı olmayaraq, Ukrayna Rusiya ilə yekun sülh müqaviləsinə heç bir halda getməyəcək, Zelenski hakimiyyətdən getsə də. Başqa halda, gərək Moskva Kiyevdə hakimiyyəti özü dəyişsin.
Qeyd edim ki, Trampın prezidentliyi dövründə demokratlar ona çox ciddi çətinliklər yaradacaq və çox güman ki, Trampın impiçmentinə də gediləcək. Trampın prezidentliyindən sonra da Rusiya-Ukrayna arasında aktiv müharibə fazasını da istisna etmədən, daimi müharibə vəziyyəti qalacaq. ABŞ-nin və onun əsas müttəfiqlərinin Rusiya üzərində strateji qələbəsi də məhz budur. Bu qələbə əslində həm də Avropa üzərindədir”.