Xəbərlər

Zelenski üçün Tramp və Putinin danışığı əhəmiyyətli deyil – ŞƏRH

ABŞ prezidenti Donald Tramp Rusiyaya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Verilən məlumata görə, Ukraynadakı müharibə müzakirə olunub. Əvvəl isə, fevralın 7-də də Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini də demişdi.

Sosdem az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Donald Trampla Putinin telefon danışığından hər hansı bir nəticə gözləmək sadəlövhlükdür.

“Əksinə, Donald Trampın Zelenski ilə görüşməkdən, danışmadan Vladimir Putinlə danışması, Ukraynanı müzakirə etməsi ən azı Ukrayna dövlətinə, Kiyev hakimiyyətinə hörmətsizlik, saymamazlıqdi. Ukraynaya olan dəstəyə kölgədir. Zelenskinin isə şəxsi xüsusiyyətlərini nəzərə alsaq, Tramp və Putin danışıqlarını gözdən salan addım atacağı şübhəsizdir. Vladimir Zelenski artıq hərəkətə keçdi, ölkədə mövcud səfərbərlik fonunda, gənclərin yüksək imtiyaz və şərtlərlə orduya cəlb olunması üçün fərman imzaladı” – ekspert əlavə edib.

V.Dadaşov bildirib ki, həmin fərmanla Zelenski orduya 800 min gənc ordu sıralarında gətirə bilər:

“Heç şübhəsiz ki, Zelenski müharibənin dayandırılması üçün müəyyən danışıqlar aparmaqla vaxt qazanmaq niyyətindədir. Ukrayna öz silah sənayesini gücləndirmək və hətta nüvə potensialı ilə bağlı işlərə də başladığını istisna etmək olmaz. Zaman Ukraynanın xeyrinə işləyəcək. Məhz buna görə də Rusiya atəşkəsə getmək istəmir ki, Ukrayna özünü bərpa etsin və hərbi sənayesini müharibə şəraitinə uyğunlaşdırsın, qura bilsin.

Ümumiyyətlə isə Tramp öz ölkəsi və ancaq İsrailin maraqları üçün düşünən şəxsdir. Tramp İsrailin maraqları üçün İranla da razılaşa bilər və artıq Tehranla danışıqların mümkünlüyünü də elan edib. Ukraynın torpaqların işğalı və ya azad edilməsi ancaq və ancaq öz baş ağrısıdır”.

“Ukrayna məğlubiyyəti qəbul etməyəcək, müharibə uzanacaq”, deyə siyasi şərhçi fikrini tamamlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu