Xəbərlər

Seçkidə iştirak xalqın və zamanın tələbidir – Ehtiram Mehtiyev

Müxalifətin parlament seçkilərində iştirakı vacibdir. Hesab edirəm ki, ölkədə ictimai-siyasi durğunluğu dəyişmək, cəmiyyətə müsbət mesajlar vermək üçün seçkilərdə iştirak artıq xalqın və zamanın tələbidir. Milli Cəbhə Partiyası seçkilərdə iştirak edərək ökədəki yeniləşməyə dəstək olacaq.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

O, müxalifət partiyası olaraq ölkənin problemlərinə hec vaxt biganə qalmadıqlarını bildirib:

“Zaman-zaman ölkənin tərəqqisi üçün bütün sahələrə dair təkliflərimizi hökumətə təqdim etmişik. Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaq və onların siyasətə marağını bərpa etməkdir. Çünki, xalq yalan vədlərdən yorulub və siyasətçilərə də öz maraqları üçün çalışan adamlar kimi baxırlar.

Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayev deputat fəaliyyəti dövründə ali tribunadan xalqı narahat edən bütün məsələlərə münasibət bildirərək bir daha “xalqın adamı” olduğunu sübut etdi. Bu illər ərzində insanların problemlərini dinləyib, qayğıları ilə maraqlandıq, onlarla ayrı-ayrılıqda söhbətlər apardıq, evlərinə getdik, məclislərində iştirak etdik. Bu gün xalq bizi səmimi siyasi qüvvə kimi qəbul edir və inanır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu