Xəbərlər
Vasitəçilərə ehtiyac yoxdur – Politoloq
Azərbaycanın artıq hansısa vasitəçinin təşəbbüsü ilə keçirilən görüşlərə ehtiyacı yoxdur.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan danışıqları ikitərəfli formada aparır və kifayət qədər də effektlidir:
“Yəni bizim artıq nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiyanın vasitəçiliyinə ehtiyacımız var. Hər bir mümkün vasitəçi çalışır ki, gələcək sülh müqaviləsində onun da marağı nəzərə alınsın. Hər birinin də məqsədi Cənubi Qafqazda özünə yer etmək və proseslərə müdaxilə imkanı əldə etməkdir”.