İçimizdən biri, yaxud hər kəsə doğma…
Bu günlərdə Milli Cəbhə Parltiyasının (MCP) növbəti Qurultayı keçirildi. Onlayn formatda keçirilən Qurultay gündəlikdə duran məsələləri aşkarlıq şəraitində müzakirə edərək səs çoxluğu ilə qərarlar qəbul etdi. Partiyanın sədri, İdarə heyəti, təftiş komissiyası və s. məsələlər yenidən seçildi və təsdiqləndi.
Bütün bunlar öz yerində. Əsas olan odur ki, Milli Cəbhə Partiyası ailəsi şəxsində böyük bir ziyalı və əhalinin müxtəlif təbəqələrinə məxsus insanlar bir araya gəliblər. Oları ilk növbədə vətənçilik, aşkarlıq, sosial bərabərlik, azad və demokratik yaşam düşüncələri, bu sıradan olan ideallar birləşdirir. Milli Cəbhə Partiyası yeni tipli düşüncə ətrafında bir araya gələnlərin partiyasıdır. Daha çox haqq-ədalət, sosial problemlərin aradan qaldırılmasına davamlı şəkildə dəstək ola bilən partiyadır. Əsas qayəsi dövlətə, millətə xidmət olan bir partiyadır. Heç şübhəsiz ki, bu düşüncə və amalla hərəkət edən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin müasir Partiya quruculuğu və idarəçiliyi istiqamətindəki fəaliyyəti başlıca rol oynayır. Razi bəy ilk növbədə ünsiyyətcilliyi, səmimiyyəti, qayğıkeşliyi, qanunçuluğa, dövlətə sədaqətilə hər kəsə nümunədir. Geniş ictimayyət arasında olmağı, problemlərin həllinə fəal müdaxilə edə bilməsilə, xalqa yaxınlığı, seçicilərinə səmimi münasibətilə seçilir. Hər kəsin yanındadı. Hər kəsi dinləməyi bacarır. O. bağlı qapılar arxasından boş vədlər verən millət vəkillərindən deyil. Daha çox fəaldı. Daha çox insanpərvər və diqqətcildir. Onun üçün qanunçuluğun və seçicilərinin yanında olmaq başlıca məziyyətdir. Xeyirxahlıq, insanpərvərlik naminə hər kəsin yanındadır.
Rəhbərlik etdiyi partiyanın iş prinsipinə gəlincə, Razi bəy üçün başlıca hədəf təşkilatlanmaq, maarifləndirmək, doğrunun, ədalətin yanında olmaqdır. Bu prinsipin yolunu tutduğu üçündür ki, Milli Cəbhə Partiyaya ən gənc siyasi patiyalardan biri olmasına baxmayaraq sürətlə təşkilatlana bilib. Öz nüfuz dairəsini genişləndirib. Ölkəmizin bütün regionlarında, ən başlıcası, bütün rayon və şəhərlərdə partiyanın şöbələri fəaliyyətə başlayıb. Bu təşkilatlanma partıiyanın nüfuz dairəsini yetərincə genişləndirib. Ən ucqar bölgələrlə əlaqələrin qurulmasına zəmin yaradıb. Təbii ki, bu uğurlu təşkilatlanma işində ilk növbədə Razi bəyin yorulmaz fəaliyyətinin müstəsna rolu var. O, öz məsləkdaşlarına fədakarlıq, əzmkarlıq nümunəsi göstərməyi bacarır. Siyasi liderlik keyfiyyətləri Razi bəyi başqalarından fərqləndirir. Razi bəy sosial problemləri ilə bağlı məsələlərdə ona müraciət edən hər kəsin yanında praktiki olaraq dayanmağı, çaba göstərməyi bacarır. Hər kəsin probleminə öz şəxsi problemi kimi yanaşır. Yüksək idarəçilik Və fəallıq onun başlıca məziyyətlərindəndir. Ətrafındakı insanlar ilk növbədə ona sədaqətlidirlər. Onları ideya, məram, mənəviyyat duyğuları bir araya gətirib. Xırdaçılıq, mənafe düşgünlüyü bu sırada olan insanlardan çox uzaqdır. Bu insanları azi bəyin liderlik bacarığı, səmimiyyəti və qayğıkeşliyi bir araya gətirib. Razi bəy taxşı bilir ki, liderlər formal səlahiyyət və üstünlüklərə görə deyil, daha çox inam və hörmətə, mənəvi bağlılığı istinad edir. Sanki bu müdrik sözlər Razi bəyin siyasi liderlik fəaliyyətinin boyuna biçilib: “Lider olmaq üçün kosmosa raket buraxmaq lazım deyil, siz kiçik bir məsuliyyət sahəsində belə lider ola bilərsiniz” Razi bəy nəticənin dəyərini komandasının və özünün şəxsi problemlərindən üstün tutmağı bacaran bir şəxsiyyətdir. Liderlik bacarığı həm də fitri istedadı, səmimiyyətilə həmahəngdir.
Onun liderlik qabiliyyəti anadangəlmədir. Razi bəy özünün anadangəlmə liderlik keyfiyyətini gündəlik fəaliyyəti, yorulmazlığı və yüəksək şəxsi keyfiyyətləri ilə cilalamağı, inkişaf etdirməyi bacarır. Onun fəaliyyəti insanda müsbəy aura formalaşdırır. Həyata və mübarizəyə, doğru olan uğrunda tarana getməyə ruhlandırır. Qətiyyət aşılayır. Hərəkətverici gücə çevrilir. Məntiqli olmaq, inanılmaz problemlərinin həll edilməsinə cəsarətli vaxt ayırmaq Razi bəyin başlıca cəhətləridir. O, ilk növbədə vicdanının diqtəsilə hərəkəpt etməyi başlıca prinsipə çevirə bilib. Yüksək şəxsiyyətlər arası ünsiyyət qurmaq bacarığına malik bir insandır.
Ən başlıca cəhət və reallıq onunla bağlıdır ki, Razi bəy mütəmadi şəkildə seçicilərinin arasındadır. Hər bir seçici, vətəndaş üçün Razi bəyin simasında yaxın bir dost, güvənilə biləcək lider var. Onun siması hər kəsə doğmadı. İnsanlar həyatlarının ən kritik, problemli vaxtında Razi bəyi öz yanlarında görməyə alqışlandılar. Bu, adi bir hal sayılır. Həyat, münasibət normasına çevrilib. Çağdaş həyatımızın məhz belə bir münasibətə ehtiyacı var. İnsanlar çox vaxt puldan, maddi vəsaitlərdən çox belə xoş münasibətə, qayğıya, könüldaşlığa ehtiyac duyur. Yaxşılıq ən böyük tərbiyə vasitəsidir. Ulularımız həmişə haqqı anıb, haqq bilənlərin varlığına dərin şükranlıq hissilə yanaşıb, onlara böyük önəm verib, yanında dayanıblar. Razi bəy bütün keyfiyyətləri ilə bu tipli şəxsiyyətlərdəndir. O, özünü öz aydın, fəal fəaliyyəti, liderlik bacarığı ilə tanıda bilir.
Böyük şairimiz Səhənd yazır ki, haqqı danana haqqı tanıtmaq ən gözəl insanlıq səciyyəsidir. Haqqı danana qarşəı barışmaz olmaq igidliyin ən yüksək səviyyəsidir. Razi bəyin də sevdiyi yol budur. İnsanlıq səciyyəsi və igidlik səviyyəsi onun başlıca şəxsiyyət göstəricisidir. Yenə də Səhəndə istinad edirəm. Yazır ki:
Zəmanə başımda bostan əskə də,
Zülmə, haqsızlığa baş əyməmişəm.
Ayağım min kərə daşa dəysə də,
Nə büdrəmək, nə yorulmaq bilmişəm.
Buna inanmışam, bilirəm çoxdan,
Haqqı haqq yeyəndən diləmək olmaz.
Bir nəğmə daşıma yazdım bir zaman: –
Göz yaşı tökməklə yara sağalmaz.
Bunun üçün davamlı mücadilə, konkret, gerçək mübarizə aparmaq lazımdı. Hər cür inkarçılıqdan, popolizmidən kənarda dayanmaq gərəkdi: Şəxsi istəklərindən kənarda durmağı bacarmalısan. Fədakar olmalısan. Razi bəyin fəaliyyəti, ömür yolu bu dəyərləri öyrədir seçicilərinə. Bu, bir örnəkdir. Biz bu dəyərlərə sahib çıxdıqca bri-birimizin yanında daha sıx, daha vicdanla dayana bilirik. Qədrimizi bilirik. Problemlərimizi birgə çözməyin yolunu öyrənirik. Ən kəskin şərait altında belə haqq sözümüzü dilə gətirə bilirik. Diləyi, istəyi haqlı insana çevrilirik. Haqq əli ömür bağımızın bağbanına çevrilir. Hər addımda qarşımıza xeyir çıxır, riyadan, yalandan uzaq oluruq. Milləti ucaltmaqla özümüzü ucaltmaq yolu tuturuq.
Razi bəy bu dəyərlərə hesablanmış siyasi liderdir. Sadə insanların yanındadır. Səmimiyyət, cəsarət, xeyirxahlıq, doğmalıq yolıu açanlardandır ki, arxadan gələnə yol asan olsun.
Xalq şairi Nəriman Həsənzadənin misralarını xatırlayıram:
Pıçıltılar eşidirəm: “Bizim Nəriman”,
Mən əzəldən sizinkiyəm, mən sizə qurban.
El-obamız, adətimiz çıxmaz yadımdan,
Yenə sizin içinizdə biriniz mənəm,
Bir ölkənin xalq şairi! – yerliniz mənəm.
Elə bil Razi bəyə ünvanlanıb bu sətirlər, Razi bəyin dilindən yazılıb. Onun dilindən bəyan olunur ki, mən əzəldən sizinkiyəm, yenə sizin içinizdən biriniz mənəm…
Sərvaz Hüseynoğlu – Milli Cəbhə Partiyasının İmişli rayon şöbəsinin sədri