MCP-nin Ramazan TƏBRİKİ: Saflıq, birlik vəhdəti

Əziz soydaşlarımız!
Milli Cəbhə Partiyası olaraq, müqəddəs Ramazan ayının gəlişi münasibətilə xalqımızı və İslam dünyasını səmimi qəlbdən təbrik edirik.
Ramazan təkcə fiziki aclıq deyil, həm də ruhi bir arınma, iradənin və mənəviyyatın intibahıdır. Bu mübarək ayda tutulan orucların bədənimizə sağlamlıq, ruhumuza isə dinclik gətirməsini diləyirik. İnanırıq ki, mənəvi saflığa ucalan hər bir fərd həm də dövlətimizin sarsılmaz birliyinin və milli həmrəyliyimizin sütunudur.
Bu müqəddəs günlərdə şəhidlərimizin ruhuna dualar oxuyur, qazilərimizə şəfa diləyirik. Qoy dualarınızda Vətənimizin qüdrəti, millətimizin rifahı və birliyimiz hər zaman uca tutulsun.
Ramazan ayının bərəkəti süfrənizdən, mənəvi işığı isə qəlbinizdən əskik olmasın. Dualarınız və ibadətləriniz qəbul olsun!
Ramazan ayınız mübarək!