Xəbərlər

Azərbaycan regionun gələcək xəritəsini cızır… – Deputat

Bu Xartiya sadəcə iqtisadi deyil, həm də dövlətçilik maraqlarımızın ən yüksək səviyyədə qorunmasının təzahürüdür…

Sosdem.az xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanı ölkəmizin xarici siyasətinin tarixi uğuru kimi qiymətləndirib.

Millət vəkili bildirib ki, Vitse-prezident Cey. Di. Vensin Bakı səfəri və imzalanan sənəd Azərbaycanın regionda diktə edən tərəf olduğunu göstərir.

“Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət Azərbaycanı dünya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəldib”, – MCP başqanı deyib.

Parlamentar xüsusilə TRIPP (Tramp Marşrutu) layihəsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu dəhliz Azərbaycanın Avrasiya tranzitindəki rolunu əvəzedilməz edir.

“Azərbaycan bu layihə ilə həm sülhü təmin edir, həm də Ermənistanı özünün formalaşdırdığı yeni iqtisadi nizama daxil edir. Bu, milli maraqların təntənəsidir”, – deputat əlavə edib.

Nurullayev bildirib ki, müdafiə sənayesi və süni intellekt sahəsindəki əməkdaşlıq Azərbaycanın texnoloji gələcəyi üçün yeni bir era açır.

“Bu yaxınlaşma Azərbaycanın beynəlxalq müstəvidə strateji müstəqilliyini daha da möhkəmləndirir”, qeyd edib.

Bir cavab yazın

Back to top button