Xəbərlər
MCP “Ana harayı” abidəsini ziyarət etdi

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür.
Hər il olduğu kimi bu il də Milli Cəbhə Partiyası soyqırım qurbanlarının xatirəsini yad etmək üçün “Ana harayı” abidəsini ziyarət etdi.
Ziyarətçilər abidə önünə gül dəstələri qoyaraq, Xocalı soyqırımında həlak olanların ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad etdilər.
Allah şəhidlərimizə rəhmət etsin. Unutma, unutdurma!












