Xəbərlər

Xalqın öz siyasi və seçim mövqeyini bildirməsini vacib bilirik – Razi Nurullayev

7 fevralda növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim Milli Cəbhə Partiyası üçün məqbuldur və biz partiya olaraq Azərbaycanın siyasi həyatında hər zaman fəal mövqe sərgiləməyin tərəfdarı olmuşuq və mövqeymizi saxlayırıq. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim partiya üçün həm də o cəhətdən önəmlidir ki, suverenliyini tam bərpa edən Azərbaycan üçün xalqın öz siyasi və seçim mövqeyini bildirməsini vacib bilirik.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı növbədənkənar Prezident seçkilərinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, sədrlik etdiyi partiya üçü bu səbəb onunla xarakterizə olunur ki, dünyada Azərbaycana münasibət bəzən birmənalı olmur və xeyli qərəzli münasibətlər ortaya çıxır:

“Növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanıram ki, olacaq.

Bu seçkilərin tam ədalətli və şəffaf olması, bütün iştirakçılara bərabər hüquqların və yanaşmaların tətbiq edilməsinin həm də ölkəmizə qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara cavab olacağını düşünürəm. Bununla bərabər, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaqdır.

Bu seçkilər Milli Cəbhə Partiyası üçün həm də ona görə önəmlidir ki, 7 fevraldan sonra cəmiyyətimiz daha iç-içə, daha mehriban və siyasi qüvvələr də daha real düşüncələrə malik olacaqdır. Çünki, ölkəmizdə yaranan vəziyyət elə münasibdir ki, əlavə şübhəli fikirlərə meydan vermir və verə bilməyəcəkdir”.

Partiya sədri sonda, bu seçkilərin ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacağına inandığını vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu