Xəbərlər

Vətəndaş niyə evdən çölə çıxmamalıdır? – Deputat köməkçisi

Günlərdir havanın kəskin dəyişəcəyi, havanın qarlı, şaxtalı keçəcəyi xəbərdarlığı olunur. Yəqin ki, biz vətəndaşlar kimi aidiyyatı qurumların da bundan xəbəri var idi. Təəssüflər olsun ki, problemlərin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbirlər görülmədi.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

“Həmişəki kimi bəzi ərazilərdə qaz kəsildi, işıq söndü, sular dondu, yollara qum səpilmədi (ancaq magistral yollar təmizləndi). Bir neçə gün əvvəl texnikaları çəkib göstərdilər, amma işə gəlincə yenə də əl əməyi, alın təri ilə yollar təmizləndi. Qaynar xəttlərə də ümumiyyətlə zəng çatmır. Yolların eniş-yoxuş olan hissələrində uzun tıxaclar yaranıb. İnsanlar dayanacaqda avtobus gözləyir. Yolların buz bağlaması nəticəsində yüzlərlə qəza baş verib. Bunların hamısı iki gün ərzində oldu. Görün hava günlərlə belə davam edərsə nələr baş verər?

Ən acınacaqlı vəziyyət isə vətəndaşlara xəbərdarlıq edirlər ki, çalışın evdən çölə çıxmayın, avtobuslar gecə düşməmiş qeybə çəkiləcək. Öz işini vaxtında görməyən məsuliyyətsiz qurumlara görə, zəhmətkeş vətəndaş niyə evdən çölə çıxmamalıdır?”, – başqan müavini bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu