Xəbərlər

Tramp Rusiya tərəfindən şantaj edilir? – ŞƏRH

Dünya gündəmini zəbt edən, Ağ Evdə ABŞ prezidenti Donald Trampın və vitse-prezident Cey Di Vensin Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı ədəbsiz və qeyri- ədiplomatik davranışı heç bir halda razılaşdırılmış “səhnə” deyil.

Zelenskinin mərd və qorxmaz cavablarından sonra vəziyətin tamamilə nəzarətdən çıxması, Trampın, “bu bir şou” idi ifadəsi, əslində elə baş verənlərin gerçək olduğunun sadə, ancaq tutarlı sübutudur. Çünki, əgər Oval kabinetdə baş verənlər “şou” idisə, niyə Tramp onun “şou” olduğunu dedi, onda o “şou” nəyə və kim üçün səhnələşdirilmişd, hədəf nə idi?!

Bunları Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Artıq şübhə yoxdur ki, Donald Tramp göründüyü və dediyi kimi, Amerikanın maraqlarına yox, Rusiyanın maraqlarının qulu, Putinin tapşırıqlarının icraçısıdır. Donald Trampın hələ keçən əsrin 80-ci illərində Rusiya (Sovet) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa (verbovka) cəlb edilməsi barədə tutarlı sübutlar ortadadır. Trampın artıq gizlətmədiyi şəkildə Rusiya maraqları üçün “vuruşması” onun, Rusiya tərəfindən şantaj edildiyinə də inamı artırır. Ancaq, bu da həqiqətdir ki, Tramp Putin üçün qeyri stabilliyi ilə narahat fiqurdur”, – ekspert əlavə edib.

Politoloqun sözlərinə görə Tramp Zelenskini Putinin istəklərinə tam uyğun formada atəşkəsə məcbur edə bilsəydi, bu, faktiki Ukraynanın tam kapitulyasiyasının rəsmiləşməsi olardı:

“Çox maraqlı faktlardan biri də budur ki, əgər Zelenski Trampın təzyiq və təhdidləri ilə Putinin istədiyi razılaşmaya getsəidi, Ukraynanın nadir təbii ehtiyatları ABŞ-ın, daha doğrusu Trampın istismarına keçəcəkdi. Məlumatlar var ki, Ukraynanın təbii nadir metal ehtiyatlarının istismarı Trampa yaxın kapitalistlər və ona aid şirkətlər arasında bölüşdürülüb.

Yeri gəlmişkən, məhz Ukraynanın təbii ehtiyatlarının istismarı ilə bağlı da İlon Mask və Tramp arasında fikir ayrılığı yaranıb. Tramp-Mask nümunəsi, dövlətçilik və ideoloji baxımdan ABŞ siyasi elitasını, dərin dövlətini çox ciddi düşündürür. Təsadüfi şəxslərin və aliqarxların hakimiyətə gəlməsi artıq demokratyanın fəsadları hesab olunur”.

Şərhçi bildirib ki, Oval kabinetdə baş verənlər birmənalı, Zelenskinin qələbəsi ilə bitdi və heç şübhəsiz ki, Zelenski daha da gücləndi, reytinqi artdı, qəhrəman statusu gücləndi.

“Həm də Zelenski Rusiyanın qlobal hərbi güc mifini məhv etdiyi kimi, Trampın qeyri adekvat davranışları ucbatından, Zelenski ABŞ-ın fövqəl dövlət reallığına sual yaratdı.

Hələ, Tramp prezident səlahiyyətlərinə başlamamış dəfələrlə qeyd etmişəm ki, Trampın hakimiyyətdən uzaqlaşması üçün ciddi addımlar atılacaq. Zelenskiyə qarşı Oval kabinetdə Trampın və onun komandasının siyasi ədəbsizliyi onun impiçmentinə əlavə gücdür”, – V.Dadaşov deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu