TRAMP DÜNYANIN SİYASİ TARAZLIĞINI POZUB – ŞƏRH

Dövlətin siyasi, idealoji mahiyyətinin kommersiya prinsipinlərindən arxa plana keçirilməsi, Donald Trampın qlobal dünya düzəninə gətirdiyi praktik yenilik kimi, oturuşmuş beynəlxalq siyasi tarazlığı əhəmiyyətli dərəcədə poza bilib. Əlbəttəki, ABŞ-yə gözlənilən iqtisadi və maliyyə gəlirləri uğrunda Trampın beynəlxalq nizamı pozan gedişləri, əslində siyasi niyyətini gizlətmək məqsədi də daşıya bilər.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Ancaq fakt budur ki, Tramp və onun komandasının yürütdüyü siyasət ABŞ-ı dünyanın fovqəl dövlət statusundan məhruma aparır. ABŞ-ın Avropa, Ukraynanın təhlükəsizliyinin təminatıdan imtinası ilk növbədə Avropanın birliyinə böyük zərbə vurur, parçalanmasını qaçılmaz vəziyyət gətirir. Tramp Ukrayna və Avropa İttifaqı ilə bağlı siyasəti, ABŞ-ın ən yaxın və etibarlı müttəfiqi Böyük Britaniya üçün də çıxılmaz vəziyyət yaradır. Nəticələrinə görə Tramın bütün gedişləri Avropa İttifaqını, NATO-nu zəiflədir, Rusiyanı gücləndirir, manevr və manipulyasiya imkanlarını artırır.
Sual olunur ki, Tramp niyə Rusiyanın maraqlarını təmin edən addımlar atır?
Müxtəlif versiyalar içində, Donald Trampın “Rusiyanın ağenti” kimi versiya da daha çox qeyd edilir. Belə ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Alnur Musayev Donald Trampın hələ 1987-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 6-cı bölməsi tərəfindən əməkdaşlığa cəlb edildiyini, əməliyyatın “Krasnov” kodu ilə aparıldığını, Rusiyanın əlində Trampa qarşı tutarlı kompramatının olmasını və onun Rusiyanın qarmağından çıxmaq imkansızlığı barədə açıqlama verib. Üstəlik, ABŞ vitse-prezidenti Cey Di Vensin hələ gənclik illərindən SSRİ-yə sevgisi və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə tutarlı faktlar ortaya çıxıb”, – politoloq əlavə edib.

Ekspert bildirib ki, göstərilən faktlarla Donald Trampa qarşı nəinki impiçment, hətta ona qarşı “vətənə xəyanət” ittihamı da mümkündür:
“Əlbəttəki, Donald Trampa qarşı impiçment irəli sürüləcək, ancaq “Rusiya agenti” damğası ABŞ-ın beynəlxalq imic və nüfuzuna xələl gətirdiyi üçün, ABŞ prezidentinin belə ləkə ilə ittiham edilməsinə ABŞ siyasi elitasının, dərin dövlətinin gedəcəyi ehtimalı azdır.
Donald Trampın irəli sürdüyü dağıdıcı siyasi kursu, Avropanın və müttəfiqlərinin təhlükəsizlikyinin təmindən imtinası, Avropa və NATO ölkələri üçün panika və parçalanma ehtimalı yaratsa da, tamamilə əks effekt verəcək. Bu əks prosesi “sanksiya efekti” də adlandırmaq olar. Yəni ki, Avropa və NATO ölkələri, xüsusən də,Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa və sair məcburiyyətdən ABŞ-dan müstəqil şəkildə öz təhlükəsizliyinin təmin etmək üçün real addımlar ataraq, ABŞ-dan təhlükəsizlik asılılığını aradan qaldıra biləcək. Türkiyə isə ancaq Böyük Britaniya ilə koordinasiya edə bilər və Ukraynanın xilası əsasən bu birlikdən keçir. Trampın isə hakimiyyətdən uzaqlaşdırılması ABŞ-Aİ, ABŞ-NATO münasibətlərini bərpa edə bilər, ancaq artıq əvvəlki kimi, ABŞ-dan tam təhlükəsizlik asılılığı olmayacaq”.
“Trampın Ukraynanın Rusiyaya faktiki kapitulyasiya edilməsi planlarının boşa çıxması artıq açıq görünür. Düzdür, Ukrayna ABŞ-la ilə həm də nadir metal ehtiyatları ilə bağlı müqavilə bağlaya bilər, ancaq həmin müqavilənin Rusiya – Ukrayna müharibəsi ilə, yaxud müharibənin dayandırılması ilə bağlı olmayacaq.
Çin isə proseslərdən kənardır, niyəsi də məlumdur”, – sonda şərhçi qeyd edib.