Xəbərlər

Son seçki Fransanı pat vəziyyətinə salıb – Razi Nurullayev

Fransada keçirilən seçkilərdə solçuların alyans yaradaraq qələbə çalması xeyli maraqlı hadisədir. Hazırkı Prezident Emanuel Makronun da ikinci cəhddə yerlərinin sayını iki dəfə artırmağa nail olması Fransa cəmiyyətinin parçalanmış durumda və qeyri-stabil olduğunu göstərir. Bu günə qədər Fransada bir partiya mütləq əksəriyyəti qazanaraq hökuməti təkbaşına formalaşdırıb. 7 iyul 2024-cü il Fransanın tarixinə yeni dumanlı bir səhifə yazmış oldu.

Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib. Millət Vəkili bildiribn ki, nəticələr nəticə əlacsızlıqdan və alternativsizlikdən dolayı verilən səslərdir:

“Belə görünür ki, Fransa seçiciləri tamamən yolayrıcındadırlar və əslində mövcud qüvvələrdən heç birini tam dəstəkləmir və hətta deyərdim ki, heç birini istəmirlər. Sadəcə ortada olan nəticələr əlacsızlıqdan və alternativsizlikdən dolayı verilən səslərdir. Əslində görünən odur ki, siyasətçilərdən daha çox fransızlar özləri mövcud vəziyyətdə Fransanın siyasi qarşıdurmalar və qarışıqlıqdan xilas etmək istəyirlər.

Bütün sorğular göstərir ki, hazırkı Fransa prezidenti tam olaraq Fransa cəmiyyətinin inamını itirib və populyar deyil. Belə bir vəziyyətdə onun 2027-ci ilə kimi Prezident kürsüsündə qalması da çətin olacaq.

Bir sözlə demək olar ki, 7 iyul seçkiləri Fransada gərginliyi azaltmaq əvəzinə siyasi qüvvələr arasında olan uçurumu daha da dərinləşdirdi və bütövlükdə Fransanı pat vəziyyətinə salıb”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu