Rus dilinin öyrənməklə, rus məktəblərini qarışdırmayın! – Ekspert

Ayaz kimiləri dinləyəndə adamı həyacan basır. Düşüncə tərzi rus “böyüklüyünə” şovinizminə xidmət edən nökərlərin xalqımız üçün nə qədər təhlükəli olduğunu anlamaq elə çətin deyil. Rus məktəbləri milli kimliyimiz, dövlətçiliyimizin etnosumuzun məhvi üçün vasitə olduğunu inkar etmək nadanlıq, cahillikdir.
Bu sözləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“Hələ sovet dövründən olan əksər (hamısı yox) “tarixçilər” sovet tarixi üzrə rusların allliyi üzrə elmi işləri ilə özlərini gözümüzə alim kimi soxuşdura bilib. Rus şovinist idealogiyası üzrə alimləşənlər əslində, başqa xalqları assimilyasiya edib, özlərini unutdurmağa çalışanlar olub. Yəni, belə alimlər əslində kimliyimizi unutduran, tariximizi gizlədən, keçmişimizi oğurlayan xalq düşmənləridir.
Qaldı Ayaz-a, heç şübhəsiz onu dinləmək, özünə, millətinə hörmətsizlikdir. Bu adam azərbaycanlı olsa da, mənəviyyatı, düşüncəsi, mentaliteti, həyat tərzi ruslaşıb. Rus məktəblərin xalqımıza zərərini elə yazıq Ayazın öz nümunəsi sübut edir”,- ekspert bildirib.
