Xəbərlər

Razi Nurullayev Prezidentliyə namizəd olacaq – AÇIQLAMA

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev növbədənkənar Prezident seçkilərində namizəd olacaq.

Partiyanın İdarə Heyyətinin bu gün keçirilən iclasında Milli Cəbhə Partiyasının prezident seçkilərində iştirak etməsi ilə bağlı qərar verilib.

Milli Cəbhə Partiyası (MCP) seçkilərdə iştirakı, ciddi nəticə əldə etməyi, xalqla çalışmağı zərurət hesab edir və bu məqsədlə də öz namizədiylə seçkilərə qatılır.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Milli Cəbhə Partiyası Azərbaycan xalqını seçkilərdə fəal iştirak etməyə səsləyir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu