Xəbərlər

Qərbin Ermənistan üzərindən Qafqaz planı – Yeni MÜHARİBƏ

Gürcüstanda keçirilən seçkilərdə Qərbin Rusiyaya məğlubiyyətinin, Qərbin Cənubi Qafqazla bağlı aqressiv siyasətini daha da gücləndirəcəyi şübhəsiz idi. Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı Ukrayna cəbhəsindən fərqli olaraq, hələki siyasi-diplomatik müstəvidə davam etsə də, onun açıq hərbi gərginliyə keçəcəyi ehtimalı da var.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib. O bildirib ki, Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirir:

“Polşa XİN başçısı Andrey Dudanın Bakıdan sonra İrəvan səfəri heç də iki tərəfli xarakter daşımır. O, Avropa İttifaqının, Kollektiv Qərbin nümayəndəsi qismində regiona, Ermənistana səfər edib. Aİ-nın Ermənistanda missiyası ilin sonunda başa çatmalıdır. Andrey Dudanın Polşanın da Ermənistandakı Aİ-nın missiyasına qoşulma ehtimalını müzakirə etməsi əlbəttəki Aİ-nın Ermənistandakı missiyasının uzadılacağını göstərir. Hərçənd ki, Polşa missiyaya qoşulmasaydı da Aİ Ermənistanda mülki missiya adı ilə öz hərbi mövcudluğuna son verən deyildi. Əksinə, onlar Cənubi Qafqazda daha da əsaslı şəkildə oturuşmağı hədəfləyir.

Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistan və Azərbaycan arasında sülhün 10 noyabr Moskva Bəyanatına uyğun və Rusiyanın iştirakının mümkünlüyü barədə açıqlamasından sonra Andrey Dudanın həm Bakı və həm də İrəvan səfərinin səbəbi həm də, Qərbin təşəbbüsün Rusiyanın ələnə keçməsinə imkan verməmək niyyətidir. Rəsmi Varşavanın bu işə qarışmasının səbəbi isə xüsusən Fransanın, Almaniyanın, Avropa İttifaqının Azərbaycana qarşı yeritdiyi ədalətsiz və qeyri konstruktiv siyasəti nəticəsində Azərbaycanın onlara etimadının itməsidir. Polşanın Rusiyaya qarşı ənənəvi qeyri-dost münasibəti, Ermənistan-Azərbaycan arasındakı proseslərə müəyyən mənada neytral yanaşdığına görə, Qərb Andrey Dudanı qabağa verib ki, Rusiyanın iştirakı ilə Ermənistan Azərbaycan arasında mümkün sülhə imkan verməsin. Hərçənd ki, Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanacağı ehtimalı çox azdır. Ermənistan rəsmilərinin son açıqlamaları göstərir ki, regionda yeni müharibə ehtimalı artır. Fransa, Yunanıstan, Hindistan, İran, ABŞ və digər Qərb dövlətlərinin Ermənistana açıq hərbi yardımlarının hədəfi də məhz yeni Ermənistan-Azərbaycan müharibəsidir. İrana gəldikdə isə, rəsmi Tehranın Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb və ola da bilməz”.

Siyasi şərhçi bildirib ki, Qərb-Rusiya qarşıdurmasının Ukrayna cəbhəsi də getdikcə dərinləşir:

“Bəzi kəşfiyyat məlumatlarına görə həm Rusiya və həm də Ukrayna yeni hücum planları hazırlayır. Kollektiv Qərb artıq Ukraynaya verdiyi hücum silahlarından istifadəyə icazə verib. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Co Bayden iqtidarını qısa müddətdə Ukraynada vəziyyəti elə həddə çatdırmamağa məcbur edib ki, geriyə dönüş, tərəflər arasında danışıqlar mümkün olmasın. Maraqlısı da odur ki, Rusiya əvvəllər Qərbin Ukraynaya dəstək və ciddi silahlar verəcəyi halda nüvə silahından istifadə edə biləcəyi ehtimalını tez-tez dilə gətirirdi. Ancaq, Moskva baş verənlərin əksinə olaraq son vaxtlar nüvə ritorikasından uzaqlaşmış görünür”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu