Qərb Gürcüstanı acınacaqlı vəziyyətə saldı – Şərh
Gürcüstandakı müşahidə etdiyimiz gərginliyə Qərbin müdaxilə imkanları zəifdir. Sözsüz ki, proseslərin moderatoru Rusiyadır. Qərbmeyilli Paşinyan hakimiyətinin də Rusiyadan uzaqlaşmaq siyasətində korrektə etdiyi və yumuşalma siyasəti özünü büruzə verir. Əlbəttə ki, Rusiya nəinki Gürcüstanda, ümumən keçmiş sovet respublikalarında hələ də mövqeyini itirmədiyini Qərbə əyani surətdə sübut edir.
Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Vüqar Dadaşov deyib. O, bildirib ki, Qərbin Gürcüstanda mövqeyi 2008-ci ildən məlum müharibədən sonra daha da güclənib:
“Ancaq əslində, Saakaşvilini inandıraraq Gürcüstanı müharibəyə başladan Qərb Gürcüstanı acınacaqlı vəziyyətə saldı və iki regionun itiririlməsi ilə gürcü xalqının inamı sarsıldı. Bütün bu illərdə Gürcüstanın Rusiyadan distansiya saxlaması isə Qərbin həlledici təsiri yox, Rusiyanın Gürcüstanın iki regionunu işğal etməsi ilə bağlı nəticədir. Əgər Qərbin Gürcüstana hakimiyyətə əhəmiyyətli təsiri olsaydı, Gürcüstanın həbs etdiyi keçmiş prezidenti Saakaşvilini azadlığına nail olardı. Hansı ki, Qərb liderlərinin mütləq çoxluğu Saakaşvilinin sərbəst buraxılması üçün Gürcüstan hakimiyyəti ilə danışıqlar aparıb, xahişlər edibdir. Yeri gəlmişkən, keçmiş Gürcüstan prezidenti Saakaşvili həbsdən bildirib ki, o şəxsən Rusiya prezidenti Vladimir Putinin sifarişi əsasında həbsdə saxlanılır.
Sözsüz ki, Gürcüstanda gedən proseslər, ABŞ başda olmaqla Qərb Rusiya mübarizəsinin tərkib hissəsidir hansı ki, Qərb bu meydanda aciz durumdadır. Gürcüstan Rusiya münasibətlərinin dartılı vəziyyəti daha çox gürcü xalqının öz istəyinə bağlı faktordur. Hakimiyyətin isə Rusiya ilə münasibətlərin normallaşmasına açıq formada getməməsi də məhz bu səbəbdəndir. Əlbəttə ki, yaranmış vəziyyətdən də Qərb öz maraqları üçün manipulyasiya edir. Baş verən proseslərin Gürcüstan üçün təhlükəsi ondadır ki, hakimiyyətə Rusiyayönümlü liderinin gətirilə bilər və Gürcüstan açıq şəkildə Rusiya orbitinə qaytarılar. Zatən, Gürcüstan hakimiyyətinə həlledici təsirə malik “boz kardinal” adlandırılan İvanaşvilinin Rusiyanın adamı olması heç kəsə gizli deyil”.
Sədr müavini hadisələrin Azərbaycana mümkün təsirini də dəyərləndirib:
“Əlbəttə ki, Cənubi Qafqazda mümkün dəyişikliklər hər üç respublikaya bu və ya digər halda təsir edir. Ancaq, proseslərun Azərbaycana siyasi təsiri hiss olunan səviyyədə mümkün deyil. Azərbaycan özü Cənubi Qafqazın ən böyük, iqtisadi və hərbi baxımdan regionun ən qüdrətli dövlətidir və imkanları ilə dünya siyasi axarına əhəmiyyətli təsir edən və nəhayət müstəqil siyasi iradəsini yeritməyini əngəlləyən heç bir maneəsi yoxdur. Digər tərəfdən, rəsmi Bakının Rusiya ilə müttəfiqlik prinsiplərinə uyğun münasibəti Azərbaycanı Qərb-Rusiya mübarizəsinin iştirakçısı kimi istisna edir”.