Xəbərlər

Qərb Ermənistanı da Rusiyaya uduzacaq – Vüqar Dadaşov

Qərbin Gürcüstanı Rusiyaya uduzmasıdan sonra, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı çox artıb. Əlbəttə ki, Kollektiv Qərb Cənubi Qafqazla bağlı siyasətində dönüş etmək üçün yeni müharibəni ən optimal variant, imkan hesab edir. Cənubi Qafqazla bağlı prosesləri Rusiya faktorundan analiz etmək daha düzgündür.

Bunu sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə Qərb Ermənistanı silahlandıraraq öz maraqları üçün istifadə edir və hesab edir ki, yeni müharibənin ağır nəticələri Rusiyanı Ermənistandan çıxarmağa mıcbur edəcək:

“Ancaq bu yanlış hesabdır, ən son anda Rusiya Ermənistanda çevriliş edərək hakimiyyətə Kremlə loyal şəxsi gətirəcək. Nəticədə Qərb Gürcüstanda olduğu kimi, Ermənistanı da tam itirəcək. Paşinyan iqtidarının yeni müharibə anonsları ancaq Qərbin istəkləri üçün icra edilir. Erməni ictimayətinə isə müharibə qəti lazım deyil.

Fransanın, Yunanıstanın, Hindistanın və sair bəzi dövlətləriin Ermənistanı sulahlandırmasına təkcə ikitərəfli münasibətlərdən qaynaqlanmır, Fransa, Yunanıstan, Hindistanın anti türk, anti islam, Türkiyə, Pakistan faktoru Azərbaycana qarşı münasibəti şərtləndirir. Ermənistanı silahlandıran dövlətlərin və Kollektiv Qərblə maraqları bir-birlərini tamamlayır”.

Vüqar Dadaşov bildirib ki, Avropa İttifaqının mülki missiya adı ilə Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirdiyi kontingent əslində elə hərbi xarakterlidir:

“Şərti sərhəd boyu patrul xidməti aparan, hərbi dislokasiya, təhlükəsizlik məlumatları toplayan və heyyəti əsasən hərbi ixtisaslı kadrlardan təşkil olunan missiya təbii ki, mülki missiya deyil. Gizli deyil ki, Aİ-nın məqsədi Cənubi Qafqazda rəsmən yerləşmək, Rusiyanı regiondan çıxarmaqdır. Elə həqiqət də budur ki, Ermənistan Azərbaycan münasibətiləri hal – hazırda da Kollektiv Qərbin Rusiya ilə apardığı mübarizənin vasitəsidir. Ancaq, Rusiyanın regiondan çıxarılması mümkün olmayacaq.

Əksinə proseslər daha da dərinləşərsə Ermənistanda hakimiyət dəyişikliyi qaçılmaz olacaq və Qərb Gürcüstandakı taleyi təkrar yaşayacaq. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Ermənistanın demarşına “Ermənistan KTMT-nin üzvü olaraq qalacaq” açıqlaması elə qənaətimizə sübutlardan biridir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu