Paşinyan Vaşinqtonun təlimatıyla masaya oturdu – Politoloq
Ermənistanla Azərbaycan arasında müəyyən fasilədən sonra danışıqlar prosesi bərpa edilib. Artıq delimitasiya və demarkasiya işi ilə bağlı razılaşma əldə edildi. Böyük Britaniyada Azərbaycanla Ermənistan liderlərinin bir araya gələ bilməməsi kifayət qədər gərginliyə səbəb olmuşdu.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ABŞ və Türkiyənin birgə kordinasiyalı fəaliyyəti ikitərəfli danışıqların yenidən başlamasını mümkün edib:
“Xüsusilə, Türkiyə ilə Ermənistan arasında xüsusi elçilər vasitəsilə danışıqlar gedir. Bu proses paralel olaraq Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşmasına müsbət təsir edəcək.
ABŞ Fransanın Cənubi Qafqazda eskalasiya siyasətinə qarşıdır. Qeyd edim ki, Ermənistan tərəfinin Türkiyə və Azərbaycanla yenidən danışıqlar masasına oturması Vaşinqtonun N. Paşinyana təlimatı əsasında həyata keçirilir. Çünki, danışıqlar baş tutmasa, proses Rusiyanın maraqlarına cavab verəcək”.