Xəbərlər

“Ölkəmizin kökünü qazımaq istəyirdilər” – Deputat mediaya səsləndi

“”Euronews” kanalı Bakıda keçirilən “COP29″ tədbiri ilə bağlı məlumat yayıb. Məlumatın içində Azərbaycan adı bir dəfə çəkilir. Ada dövlətlərinin zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də çıxış etdi və Fransanın o adalarda törətdikləri pislikləri qeyd etdi. Ədalət naminə deyək ki, çıxışa müəyyən qədər mətn həsr edilib”.

Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib. O, qısqanclıqdan tədbirin harada keçirildiyini yazmadıqlarını bildirib:

“Bunu çox yerlərdə görürəm. Ümumiyyətlə, ən savadsız, dünyadan o qədər də başı çıxmayan şəxs də görür ki, ölkəmizə qarşı nə qədər ciddi qısqanclıq var. İnanın ki, bu, insan hüquqları və demokratiya məsələsinə bağlı deyil. Ömrümün böyük bir hissəsini beynəlxalq məsələlərə həsr etmişəm, indi də edirəm. Gördüklərim, təcrübəm deməyə əsas verir ki, Azərbaycanı gözləri götürmür və bu təssüf doğurur.

“BBC Azərbaycanca” yeməyin qiyməti ilə bağlı hay-küy qoparıb. İki həftə öncə də Azərbaycanın cənub bölgəsində olub talış qardaşlarımızla reportaj hazırlamışdılar və açıq-aydın görünürdü ki, əməlli-başlı ölkəmizin kökünü qazımaq istəyirdilər. Bu bağışlanılmaz bir reportaj idi.

Tarix boyu ölkəmizdə yaşayan xalqlarla qardaş kimi yaşamışıq və yaşamaqda davam edirik. Biz hamımız Azərbaycan vətəndaşı və azərbaycanlıyıq.

“BBC Azərbaycanca”nin mövqeyi və reportajı tam olaraq separatizm toxumu səpmək idi. Təəssüflər olsun ki, rəsmi münasibətə rast gəlmədim.

Mən bütün media orqanlarını professional jurnalistika mövqeyi sərgiləməyə çağırıram”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu