Xəbərlər
Milli Cəbhə Partiyası “Türk Şəhidliyi” abidəsini ziyarət edib – FOTO
Sentyabrın 15-də Milli Cəbhə Partiyasınin rəhbər heyyəti və bir qrup üzvü Bakının erməni-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar “Türk Şəhidliyi” abidəsini ziyarət edib.
Abidə qarşısına qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Abidə önündə çıxış edən MCP başqam müavinləri Ehtiram Mehtiyev və Məhəmməd Əsədullazadə bu günün Azərbaycan, həmçini Türkiyə-Azərbaycan qardaşlığı üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar bildiriblər ki, qardaş Türkiyə bu gün də Azərbaycanın yanında, ölkəmizə təzyiq göstərmək istəyənlərin qaşısındadır.
Allah şəhidlərimizə rəhmət etsin.