TədbirlərXəbərlər

MCP Zəfər Günü İkinci Fəxri Xiyabanda şəhidlərimizi ziyarət edib – FOTOLAR

Ziyarətdə partiya sədri, deputat Razi Nurullayev, partiyanın rəhbər heyəti, şəhid ailələri – Şəhid gizir İbrahim Sadıqlının atası Şahin Sadıqlı, şəhid mayor Elçin Mansurovun atası Elşən Mansurov iştirak ediblər.

Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

MCP sədri, deputat Razi Nurullayev ziyarət zamanı şəhid ailələriylə görüşüb, söhbət edib, onlara qəhrəman övladlar yetişdirdikləri üçün təşəkkür edib, başsağlığı verib. MCP sədri qələbənin, Zəfər Gününün əhəmiyyətini vurğulayıb, dünya xalqlarının belə bir şanlı, tarixi zəfərə görə Azərbaycan xalqına qibtə etdiyini bildirib.

Daha sonra birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu