MCP-nin təklifi gündəmdə – Qan qohumları arasında nikah
Milli Cəbhə Partiyası tərəfindən 2019-cu ildə qan qohumları arasında nikahın qadağan edilməsi ilə bağlı Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün Milli Məclisə qanun lahiyəsi təqdim edilmişdi. Qanun layihəsini MCP-nin başqan müavini, hüquqşünas Vüqar Dadaşov hazırlamışdı.
Milli Məclisdən isə müraciətimizə cavab olaraq təklifimizin nəzərə alınacağı bildirilmişdi.
Son günlər bu mövzu yenidən gündəmə gəəlib, müzakirə mövzusu olub, istər cəmiyyətdə, istər qanunverici orqanda.
Bu, sevindirici haldır, nəhayət səsimizi eşidib, təklifimizi nəzərə alıb belə bir ciddi, həssas məsələni, ciddi problemi gündəmə gətiriblər.
MCP-nin sözü gedən təklifini diqqətinizə çatdırırıq:
“Azərbaycan Respublikası ərazisində nigahın pozulması dair ərizə ilə Məhkəmələrə müraciət edənlərinin sayinin kəskin artması və əksər hallarda nigahın pozulmasına dair tələblərin qadınlar tərəfindən verilməsi cəmiyyətimizə məlum faktdır. Qadınlar tərəfindən nigahların pozulması tələbinin obyekiv səbəblərlə yanaşı həmdə subyekyiv səbəbləri vardır. Beləki, qadınlar Məhkəmələrə müraciət etmədən öncə “qələbənin” məhz onlara məxsus olduğunu və bunun şuuraltı təssəfürə çevrildiyindən qadınlar həvəslə məhkəməyə müraciət edir və əksər hallarda isə Məhkəmə uşağın ana ilə qalmasını, atadan alimentin tutulmasını, birgə əmlakın bölünməsini və yaşayış yerindən istifadə hüququnun tanınmasını təmin edən qərar qəbul edir. Arvad bu “qələbəni” qabaqcadan gördüyünə görə ailədə güzəştə getmir və nəticə etibarı ailənin dağılmasına, nigahın pozulmasina zəmin yaranır.
Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunverliyində ər və arvad bərabər hüquqlu olsalarda, ər və arvad arasındakı mübahisə praktik olaraq əksər Məhkəmə qərarları bir tərəfin yəni arvadın maraqlarını qoruyan qərarlarla həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan Respublikaı Ailə Məclisinin 4-cü fəslinə (maddə 22) dəyişiliyin edilməsi göstərilən problemin həllinə kömək edə bilər beləki, nigah məhkəmə qaydasında pozularkən yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edərkən ər və arvadın psixoloji durumu, sosial statusu, şəxsi sağlamlığı, təhsili, gəlir mənbəyi, nigah pozulduqdan sonra yaşayış yeri və yaşayış şəraiti nəzərə alındıqdan sonra uşaqların kiminlə qaldığına qərar verilməlidir. Eyni zamanda hesab edirəm ki, Məhkəmələr yerli icra hakimiyyəti nəzdində fəaliyyətə olan qrumların (komisiyaların) ailənin bərpasının mümkünlüyü barədə sosialoji rəyi nəzərə almalıdırlar. Göstərilən halların nəzərə alınması məhkəmə nəticələrinin qeyri müəyyənliyinə səbəb olacaq, bu isə vətəndaşların adi səbəblərdən məhkəmələrə müraciətlərinin sayının azalmasına, ümumilikdə isə nəticə etibarı ilə ailələrin dağılmasının qarşısını almaqla yanaşı, uşaqların bütöv ailələrdə layiqli tərbiyyəsinə, maddi təminatına və nümunəvi ailə istitutunun formalaşmasına təkan vermiş olacaq.
Eyni zamanda qeyd etmək istəyirəm ki, göstərilən halların nəzərə alınması praktikasınin həm müsbət sosialoji həmdə psixaloji efekti olacaq beləki, bu hallar ailələr qurularkən mükənməl ilkin ailə təməlinin qoyulmasına və qorunmasına səbəb olmaqla yanaşı, cəmiyyətimizdə gənclərin, ailələrdə isə ər və arvadın fərdi inkişaf stimulu yaradaşaq.
Respublikamızda nigaha daxil olanların məcburi tibbi müayinəsi dövrümüzün tələblərinə uyğun qərar olmaqla yanaşı, həmdə milli genofondumuzun qorunması və gələcək mümkün xəstəliklərin qarşısının alınmasında ən vacib qərarlardan biridir. Eyni zamanda hesab edirəm ki, əmi uşaqları arasında nigahların bağlanması yol verilməzdir. Beləki yaxın qohumlar-əmi uşaqlarının genofondunun bir-birinə yaxın olması səbəbindən genetik konbinasıyanın mümkünsüzlüyü nətucəsində dünyaya gələn uşaqlarda müxtəlif fiziki həmdə əqli xəstəliklərin mümkünlüyü pratik olaraq öz təstiqini tapmışdır. Yaxın qohumlar-əmi uşaqlarının arasındakı nigahların yolverilməzliyi səhiyyə və tibb aləminin gündəlik çağrışlarındandır.
Məhz ona görədə Azərbaycan Respublikası Ailə Məclisinin 12.0.1-ci maddəsinə əlavələr edilməlidir. Həmin Məcəllədə göstərildiyi kimi,
“12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar)” Hesab edirəm ki, bu siyahıya “əmi uşaqlar” yaxın qohumlar kimi əlavə edilməlidir. Bununlada əmi uşaqları arasında nigah bağlanmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ailə Məclisinə qeyd edilmiş dəyişiliyin və əlavələrin edilməsi barədə təkliflərim Azərbaycan Respublikası Milli Məclisinə ünvanlanmışdır”.