Xəbərlər

MCP başqanı Şimali Kiprə səfər edib – Prezident qəbul edib

Milli Cəbhə Partiyasının başqanı, deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə səfər ediblər.

Sosdem.az xəbər verir ki, səfər çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti Cümhurbaşqanı sayın Ersin Tatar deputatlarımızı Lefkoşa şəhərində yeni açılan Cümhurbaşkanlığı Külliyəsində qəbul edib.

Sonra Millət vəkilləri Girne şəhərində fəaliyyət göstərən Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində olublar. Mərkəzin rəhbəri Orhan Həsənoğlu təşkilat haqında geniş məlumat verib.

Daha sonra Mill Məclisin üzvləri Girne şəhərində Türk Şəhidliyini ziyarət ediblər.

Lefke Avropa Üniversitesini də ziyarət edən deputatlarımızı Rektor Professor Dr. Mehmet Ali Yükselen qarşılayıb.

Səfər may ayının 10-da başa çatıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu