Xəbərlər

“Məmurlar vətəndaşla dövlət arasında uçurum yaradır” – İqtisadçı

Telekanallar demək olar hər gün paytaxt Bakıda, Bakı ətrafı qəsəbə və kəndlərdə, rayonlarda olan problemləri işıqlandırır. Bu problemləri həll etməli dövlət qurumlarının, təşkilatların, idarələrin isə reaksiyası belə olur: “Problemdən xəbərimiz var, yaxın gələcəkdə həll ediləcək”.

Bu o deməkdir ki, əgər eyni problem illərlə davam edirsə və bu problemi aidiyyatı qurum xəbərdar olduğu halda həll etmirsə, deməli problemləri yaradan da elə öz vəzifə məsuliyyətini, səlahiyyətlərini bilməyən, yerində olmayan məmurlardır.

Bunu Milli Cəbhə Partiyası İdarə Heyətinin üzvü, iqtisadçı Pərviz Şıxalıyev deyib. Onun sözlərinə görə vətəndaş bütün rəsmi qurumlara müraciət edib cavab almadlqdan sonra məcbur olub telekanallara üz tutur:

“Vətəndaşın ümumiyyətlə məmura əli çatmır. Arada dərin bir uçurum, yaxud uca bir zirvə var. Vətəndaş əlində sənəd-sünəd qalıb ortalıqda, qurum-qurum, nazirlik-nazirlik gəzir. Hərə vətəndaşı bir yerə atır, bir yerə göndərir. Amma qarşısında oturdub kömək edən, yol göstərən yoxdur. Belə məmurlar, belə münasibət vətəndaşlarla dövlət, hökumət arasında uçurum yaradır. Halbu ki, ölkə başçısı dəfələrlə məmurlara xəbərdarlıq edərək bildirib ki, məmurlar xalqa xidmət etmək üçün o vəzifəyə təyin edilib”.

“Məmurlar bilməlidirlər ki, onların maaşları vətəndaşların ödədikləri, vergiləri hesabına verilir və onların bir başa vəzifəsi vətəndaşla işləmək, vətəndaşın probleminin həllində ona yardımçı olmaqdır, vətəndaşdan qaçıb rahat kabinetində gizlənmək yox”, deyə P.Şıxalıyev vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu