İranla ABŞ gizli mütəffiqdir? – AÇIQLAMA
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, İran kampaniyadan oğurlanmış daxili sənədləri Demokrat Partiyasına təhvil verib və bununla da Amerika seçkilərinə “real müdaxilə” edib.
O, vurğulayıb ki, İranın Co Baydenin qərargahına məlumat ötürməsi xarici dövlətin seçkilərə real müdaxiləsinə nümunədir.
Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan Gununsesi.infoya açıqlamasında bildirib ki, İranın ABŞ ilə gizli mütəffiq olması barədə fikirlər var:
“Münasibətlər, qarşılıqlı gözləntilər təbii ki, var. Bir çox proseslərdə ABŞ-nin İrana böyük dəstəyi, hətta İranı xilas etməsi halları var. Əfqanıstanın, Suriyanın, Liviyanın, İraqın ABŞ tərəfindən işğalı zamanı İranın dəstəyi olub və ən azından hərəkətsizlik nümayiş etdirib. İsrailə müdaxilədən İranı çəkindirən də ABŞ oldu. Çünki başqa maddi maraqlar qarşılığında ödəşəcəkləri görünür. Bunun qarşılığında İran da öz dəstəyini təbii ki, göstərməlidir. Tramp bir qədər fərqli və qeyri-ənənəvi siyasət aparır və yaxud düşünür. Ola bilsin ABŞ-ni əsl idarə edən dərin dairələrlə razılaşmada anlaşmazlıqlar var. Çünki bu ərəfədə ona iki dəfə ona sui-qəsd olundu. Mümkündür ki, Trampı Kennedinin aqibəti gözləyir. Onun da həmin dairələrlə anlaşmazlıq yaşadığı səbəbi ilə aradan götürüldüyü haqda mülahizələr vardı. Həmin dairələrin bəzi addımlarından, ideya və məxfi planlarından heç prezidentin də məlumatı olmur”.
Tural İrfan vurğulayır ki, İran ilə ABŞ-nin aparıcı güclərinin münasibətlərinin olmasını Trampı ifşa etməyə az qalıb:
“Trampın dediyi əslində İranın öz gücünə seçkiyə müdaxilə etməsi deyil, həmin dairələrin İranın ABŞ-nin daxili məsələlərinə müdaxiləsinə yol açmasıdır. Dərinə gedir… Ancaq onun bu addımı özü üçün cəsarətli olmaqla yanaşı, həm də təhlükəlidir. Tramp bu baxımdan İrana da sərf etmir. Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələrini Tramp dayandırmağa və problemin həllinə ciddi müdaxilələr etməyə söz verir. Amma İran da, ABŞ da savaşın davam etməsində maraqlıdırlar. Bu maraqların əksinə getdiyinə görə Trampa qarşı təzyiqlər kəskinləşir. ABŞ əsasən müsəlman ölkələrindəki bir çox prosesləri İranın əli ilə aparır. İraqda, Suriyada, Yəməndə… Ola bilsin o qədər etibar qazanıb ki, hətta ABŞ-nin özündə belə daxili proseslərdə istifadə edilməsinə razılıq verilib”.
Siyasi şərhçinin fikrincə, İranın bütün aqressiv addımları dünyada İsrail və ABŞ-nin maraqlarına xidmət edir:
“Trampın yenidən hakimiyyətə gəlməməsi üçün İranın onun rəqiblərinə təsir göstərmək icazəsini, üsulunu və qaydasını təbii ki, ABŞ-nin özündən təlqin edirlər. İranın müstəqil şəkildə bu kimi məsələlərə təsir göstərmək gücü yoxdur. Yalnız ABŞ-nin özündən ona belə bir fürsət verildikdə bu baş verə bilər, mümkün olduğu halda. Əks halda bu məsələni Trampın sadəcə İranın adını hallandırmaqla siyasi rəqibləri haqqında mənfi rəy yaratmaq niyyəti kimi şərh etmək olar “.