Xəbərlər

“Din xadimləri camaatın Quranı oxumasında maraqlı deyil“ – Tural İrfan

“Hədis adı ilə sizə təqdim edilən sözləri Quranla tutuşdurmaq lazımdır. Əgər uyğun deyilsə kimin rəvayət etməsindən, kimin kitabında olmasından asılı olmayaraq o sözü atmaq lazımdır. Bu analizi aparmaq üçün də mütləq Quranı oxumuş olmanız lazımdır. Oxumadığınız kitabla hədisi necə tutuşdura bilərsiniz?”

News365.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, əksər din xadimləri camaatın Quranı oxumasında maraqlı deyil və bunu istəmirlər:

“Çünki onda dini camiə savadlanacaq və ruhanilər saxta, Qurana müxalif, hədis adı sırıdıqları nağıllarla beyinləri zəhərləyə bilməyəcəklər.

Odur ki, hər kəs ən azı tərcümədən Quranı heç olmasa ömründə bir dəfə oxumalıdır. Quranı başqa kitablardan fərqləndirən cəhətlərdən biri də odur ki, ayəbəayə yadda qalmasa da ümumi mahiyyəti, məzmunu, süjet xətti bir dəfə oxumaqla da yadda qalır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu