Deputat faciə yaşayan ailəni ziyarət etdi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev 3 gün əvvəl İmişlidə, Bəhrəmtəpə qəsəbəsində üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölmüş ailəni ziyarət edib.
“Bu gün onların üç mərasimində iştirak edib ailənin xanımının atası İdris kişiyə və yaxınlarına başsağlığı verdik.
Hadisə nəticəsində ailənin xanımı 26 yaşlı Azadova Mehriban İdris qızı, onun övladları 4 yaşlarında olan Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.
Ailə başçısı Vasif Azadov isə xəstəxanada müalicə alır.
Qeyd edim ki, ailə başçısı müharibə veteranıdır və birinci qrup əlildir. Faciə baş verən ev də dövlət tərəfindən tikilib və kombi sistemi də qurulub. Kombi daha çox pul yazır deyə, qənaət etmək adına standartlara uyğun olmayan qaz sobasından istifadə ediblər. Nəticə isə ağır bir faciə. Bütöv bir ailə yox olub.
Allah rəhmət eləsin!”, – millət vəkili bildirib.
