Bu davam etdikcə, quru sərhədlər açılmayacaq – Deputat Razi Nurullayev
Qaçqın düşmüş vətəndaşlarımız 30 il ərzində unudulub, dağılmış kənd və şəhərlərimiz onlara təsir etməyib. Amma indi…
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib.
Deputat bildirib ki, 30 illik işğal müddətində Ermənistana təzyiq göstərməyən qüvvələr hazırda Azərbaycana qarşı çıxır:
“Bu 30 il ərzində səsləri çıxmayan şəxslər indi Azərbaycana qarşı döyüşmüş, əlləri 40 min azərbaycanlının qanına batmış müharibə cinayətkarlarının azad olunmasını tələb edirlər. Bu, qəbuledilməzdir. Azərbaycanın ABŞ-la münasibətləri beynəlxalq hüquqa uyğundur. Vaşinqtonun bu mövqeyini başa düşmək olar, həmişə Ermənistanı müdafiə edib. Bəs niyə Cəmil Həsənli, Əli Kərimli həvəslə onların bədnam müraciətlərini qəbul edir? Bu necə vətənpərvərlik, azərbaycançılıqdır?! Deyirdilər ki, Qarabağı azad etmək mümkün olmaz, amma bu, baş verdi. “Laçın Ermənistana veriləcək” deyilirdi, lakin geri alındı. Bir sözlə, bu kimi pozuculuq fəaliyyətləri davam etdikcə, quru sərhədlər açılmayacaq”.