Xəbərlər

Başqan müavini televiziyaları sərt tənqid etdi: Ən böyük düşmən sizsiniz…

Televiziya kanalları Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayevi və bir neçə deputatı tənqid atəşinə tutub. Sanki növbəyə durublar ki, deputatlara kim daha sərt sözlər deyəcək.

Bu özləri MCP başqanınln müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

Deputat köməkçisi bildirib ki, problemlər müzakirə edilməlidir ki, aradan qaldırılsın:

“Ayıbdır Vallah. Axı kimin xoşuna gəlməyə çalışırsınız? Bu Dövlətin ən böyük düşməni sizsiniz. Vətəndaşın problemini görəndə kameralarınızı söndürüb əvəzində efirlərinizi cəmiyyəti korlayan, əxlaqsızlığı təbliğ edən, bayağı verilişlərlə doldurmusunuz. Seçicinin problemlərini kim qabartmalıdır?”

Ehtiram Mehtiyev, “deputat xalqın yanında olmalı, xalqın sözünü deməlidir”, deyə vurğulayıb:

“Bəli, tənqid olunan qurumların fəaliyyətində nöqsanlar var. Bu da müzakirə edilməlidir ki, problemlər aradan qaldırılsın. Cənab Prezident dəfələrlə çıxışlarında bildirir ki, susmayın, xoşagəlməz hallara qarşı birlikdə mübarizə aparaq.

Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Qanunvericilikdə nəzərdə tutulmuş məsələlər və vətəndaşı narahat edən problemlər iclaslarda müzakirə edilməli və həlli istiqamətində müvafiq tədbirlər görülməlidir”.

Başqan müavini sonda qeyd edib ki, susmaqla, tərifləməklə inkişaf olmaz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu