Xəbərlər

Azərbaycan-Türkiyə-İsrail müttəfiqliyi realdır? – ŞƏRH

İsrail Milli Missiyalar naziri Orit Ştrak açıqlamasında İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparıldığını bildirib.

İsrailli nazirin açıqlaması əslində İsrail Azərbaycan arasında onsuzda mövcud olan faktiki müttəfiqlik münasibətlərin rəsmiləşdirilməsidir. Ancaq, ABŞ-ın da birlikdə iştirakı artıq bu müttəfiqlik klubunun daha geniş dairəni əhatə edəcəyini göstərir. Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsinə əsasən strateji müttəfiqilik və qardaşlıq münasibətlərindədir. Həmin bəyannamənin tələblərinə görə hər iki dövlət xarici siyasətlərini bir-biri ilə məslətləşmələrdən sonra həyata keçirir. Yəni, Türkiyə Azərbaycanın belə bir ittifaqda iştirakının tərəfdarıdır.

Bunları Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Türkiyənin İsrail və ABŞ ilə faktiki müttəfiq kimi, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində birgə fəaliyyət nümunəsi ortadadır. Türkiyə və ABŞ NATO blokunun üzvü və real olaraq dünyanın ən güclü ordularıdır. Türkiyə və Azərbaycan isə Böyük Britaniya ilə çox yaxın strateji münasibətlərə malikdir. 44 günlük Vətən müharibəsində Böyük Britaniyanın Azərbaycana BMT TŞ-da verdiyi dəstək müttəfiqlik prinsiplərinə uyğun faktdır.

ABŞ və Böyük Britaniya nəinki NATO-nun üzvü, ən etibarlı müttəfiq kimi, həm də “beş göz” birliyinə daxildir. Belə çıxır ki, Azərbaycan, Türkiyə, İsrail, ABŞ, Böyük Britaniya İsrail naziri Orit Ştrakın dediyi o müttəfiqlik klubuna daxildir. Yaxın Şərq Türkiyə və İsrailiin maraqları bölgüsünə daxildir və razılaşdırılıb.

Avropaya gəldikdə isə, Avropanın təhlükəsizliyinin təmini onun ABŞ-dən asılığını dərinləşdirməkdən keçir. Avropa nə qədər möhtəşəm görünsə də, özünü müstəqil şəkildə qorumağa hərbi gücü və insan resursu yoxdur. Qoca qitənin müstəqil güc mərkəzi kimi üzə çıxması ilk növbədə Almaniyadan, sonra Fransa və İtalyadan asılıdır. Artıq heç şübhəsiz ki, Almaniya özünü yeni dövrün güc mərkəzinə çevirməyə başlayıb. Ancaq, bunun üçün müəyyən zaman tələb olunduğundan, bütün Avropa ABŞ-nin və onun müttəfiqlərinin iradəsinə tabe olmaq məcburiyyətindədir. Ancaq Almaniya əvvəl-axır Avropaya iddiasını növbəti dəfə ortaya qoyacaq. Nəinki Avropaya…

Rusiya, Çin, İran isə müştərək hərbi təlimlər keçirməklə qarşı tərəfə özlərinin müttəfiqliyini nümayiş etdirir. İran Rusiya strateji müttəfiqiyi isə artıq keçən ildən rəsmiləşib”, – politoloq bildirib.

Yəhudiləri Azərbaycana bağlılığının səbəbinə gəlincə ekspert bildirib ki, minilliklər boyu türk etnosu yəhudilərə arxa durub.

“Həm də, əksər yəhudi alimlərinin fikrincə, yəhudilər Azərbaycan Xəzər türk tayfalarının törəmələridir.

İbn Rüşdin yazdığına görə, Xəzər xaqanlığında hakim sülalə yəhudiliyi qəbul etmişdi, bununla yanaşı əhali isə qədim türk inancı olan Göytanrıçılığa inanıb. Xəzərilərin yəhudiliyi qəbul etdiyini göstərən yazılı mənbə isə Xəzəri Xaqanı Yusifin məktubudur. Əndəlüs tarixçisi Əl-Bəkri də həmin məktubda qeyd edilənləri təsdiqləyir. Xəzərilərin İvrit əlifbasından istifadə etmələri kimi məlumatlar da var.

Əksər tanınmış genetiklər, o cümlədən Eran Əlxayk əskinaz yəhudilərinin (Şərqi və Mərkəzi Avropa yəhudiləri) əcdadlarının Xəzər bölgəsində yaşayan türk tayfaları olduğunu iddia edirlər. Saymon Montefiore “Yerusəlim” kitabında yazır ki, 1948-ci ildə qurulan İsrail dövlətindən əvvəlki son yəhudi dövlətini də IX əsrdə Xəzərilər qurub. Müəllifin fikrincə, xəzərilər yəhudilərə o vaxt Qüdsdə dövlət yaratmağa da kömək ediblər.

Avropada böyük inkvizisiya, ikinci dünya müharibəsi zamanı da türklər yəhudilərə arxa çıxmış, onları ölümdən, təqibdən, total soyqırımdan xilas etmişdir.

Bütün bu tarixi faktlar onu göstərir ki, yəhudilərin türk etnosuna sevgisinin əsasınında onların mənəvi borc və milli minnətdarlıq hissi ilə yanaşı türklərlə etnik bağlılığı durur”, – şərhçi qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu