Azərbaycan ali təhsil müəssisələrinin diplomları ölkədə tanınmır? – Hüquqşünas
İndi də Dövlət İmtahan Mərkəzi Azərbaycanda peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçirir. Yəni, Azərbaycanın ali təhsil müəssisələrin tələbələrinə verdiyi təhsilə, mühasib diplomuna inam yoxdur. Bu həm də o demıkdir ki, mövcud tələblərə görə Azərbaycan ali təhsil müəsisələrinin diplomları keçərli deyil, yəni tanınmır və yalnız DİM sertifakı vətəndaşın təhsilini sübut və təsdiq edir.
Bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. O, bildirib ki, Azərbaycan Elm və Təhsil Nazirliyi ölkönin ali təhsil müəssisələrinin diplomlarını tanımadıqlarını isbatlamaqda davam edir:
“Müəllimlər, həkimlər, hüquqşünaslar, idarəçilər, mühasiblər və digər ixtisaslı şəxslərin DİM-də yenindən sertifikatlaşdırılması diplomların tanınmaması deyilmi?! Qeyd edilənlər və sertifikatlaşdırma həm də onu sübut edir ki, ali təhsil müəssisələrində tələbələrə normal təhsil verilmədiyindən “sertifikatlaşdırma” məcburiyyətə çevrilib.
Belədirsə, onda vətəndaşa niyə ikiqat əzab verilir? Bəlkə elə ali təhsil müəssisələrin diplom müdafiəsi və təhsil prosesinin imtahanlarını da DİM keçirsin, sertifikatlaşdlrmaya da ehtiyac olmasın”.
Hüquqşünas qeyd edib ki, bu məsələni köklü həll etmək üçün, təhsil nazirliyi kimi eksprementlər keçirməkdənsə, real addımlar atmalıdır:
“Sertifikatlaşdırma haqqında qərarlar elm və təhsil nazirliyin təyinatına, imicinə böyük zərbə vurur. Məhv edilmiş təhsilimizdə əsaslı dönüş olmazsa, tez bir zamanda Azərbaycan ali təhsil müəssisələrinin diplomlarının ali təhsil haqqında sənəd kimi tanınmayacağının şahidi olacayıq”.