Xəbərlər

AŞPA-nın qərar və qətnamələrinin hüquqi qüvvəsi yoxdur – Hüquqşünas

AŞPA-da Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması təşəbbüsü ilə çıxış edən almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli çıxışlarına davam edir. Frank Şvabe son çıxışlarda yenidən Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Şvabe Azərbaycana qarşı qərəzi nə ilə bağlıdır?

Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov mövzuyla bağlı Versus.az-a danışıb.

O, bildirib ki, Əvvəla AŞPA-nın qəbul etdiyi qərar və qətnamələrin hüquqi qüvvəsi yoxdur və ancaq tövsiyə xarakterlidir:

“Əlbəttəki AŞPA – nın qəbul etdiyi sənədlərdən Azərbaycana qarşı psixaloji və diplomatik təzyiq vasitəsi kimi istifadə cəhdləri mövcuddur.

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırması, buraxdığı kobud reqlament və qayda pozuntusudur. Bildiyiniz kimi, AŞPA – nın özünün qəbul etdiyi “Parlament Assambleyasının səlahiyyətləri və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi haqqında” sənəd həmçinin milli nümayəndə heyətlərini AŞPA-da səs vermək, danışmaq və təmsil etmək hüququndan məhrum etməklə onların cəzalandırılmasını qadağan edir. Buna baxmayaraq, AŞPA öz qaydalarını pozaraq Azərbaycanın səsvermə hüququnu məhdudlaşdırıb və təbii ki, Azərbaycan nümayəndə heyətinin də layiqli cavabını-demarşını alıb. Qeyd olunanlardan göründüyü kimi, AŞPA açıq-aşkar Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir və onun hər hansı bir məsələ ilə bağlı, o cümlədən “siyasi məhbus” yanaşması qərəzlidir və onu müzakirə etmək, özümüzə haqq qazandırmaq doğru deyil”.

Hüquqşünas vurğulayıb ki, AŞPA bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırmaqla, əslində Avropanın maraqlarına xələl gətirib:

“Ümumiyyətlə, AŞPA – nın Azərbaycana qarşı qərəzli münasibəti mütamadi xarakterlidir. Mənfi münasibətin əsasında ümumən Avropanın türk etnosuna qarşı tarixi düşmənçiliyi, müasir dövrümüzdə də Rusiya faktoru şərtdir. AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum etməsi, Azərbaycanın Qərbə inteqrasiya ilə bağlı fikirlərinə, planlarına korreksiya etməsinə səbəb oldu. Əlbəttə ki, itirən Avropadır.

Azərbaycan artıq öz suverenliyini bərpa edib, regionun açar dövlətidir, Rusiya və Türkiyə ilə strateji müttəfiqlik anlaşması imzalayıb, güclü iqtisadi-hərbi potensialı var və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Kimin kimə ehtiyacını qeyd etdiyim məqamlar açıq göstərir”.

Almaniyanın Sosial Demokratlar Partiyasından AŞPA-dakı nümayəndə heyətinin üzvü Frank Şvabeyə gəlincə, “məncə onun həyat bioqrafiyası, onu Azərbaycan, türk etnosuna qarşı nifrətin izahıdır. Bildiyiniz kimi Almaniyada altı milyona yaxın türk yaşayır və Frank Şvabe bütün uşaqlıq və gənclik illərini türklərin təsiri altında keçirib və onun türk etnosun qarşı nifrəti məhz həmin o keçmişin buraxdığı izlərdir”, deyə hüquqşünas bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu