Xəbərlər

ABŞ Ukraynaya sülh, Qərb müharibə vəd edir – ŞƏRH

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev itirilmiş əraziləri heç vaxt Rusiya kimi tanımayacaq, lakin NATO-ya qoşularsa, onları diplomatik yollarla geri qaytaracaq.

“Biz bunu heç vaxt etməyəcəyik. Biz onları diplomatik yollarla geri qaytarmalıyıq. Bəli, edə bilərik. Əgər biz NATO-dayıqsa, o zaman bunun niyə diplomatik yollarla edilə biləcəyi aydındır”, – Zelenski bildirib.

Eyni zamanda, onun fikrincə, Ukrayna hələ də münaqişədə hərbi yolla qalib gələ bilər.

“Lakin bu, böyük itkilərlə nəticələnəcək. Tərəfdaşlarımız bizə kömək etməsə və dəstəkləməsə, çətin olacaq”,- Zelenski qeyd edib.

Kreml Rusiyanın qələbəsinin mübahisəsiz olduğunu qeyd edib.

Pentaqonun rəhbəri Pete Hegseth bildirib ki, Ukrayna 2014-cü ildən əvvəl mövcud olan sərhədlərə qayıda bilməyəcək.

Trampın xüsusi nümayəndəsi Ukraynanın “potensial ərazi itirdiyini” etiraf edib.

Rusiya prezidenti Vladimir Putin, münaqişənin alovlanmasının səbəblərindən biri kimi Ukraynanın NATO-ya üzv olmaq istəyini göstərib. 2024-cü ilin yayında danışıqlara başlamaq üçün şərt kimi o, beş rayonun Rusiya ərazisi kimi tanınmasını, Ukrayna qoşunlarının Donbass, Zaporojya və Xerson vilayətlərindən çıxarılmasını, Kiyevin Şimali Atlantika Alyansına qoşulmaqdan imtina etməsini və Qərb sanksiyalarının ləğvini irəli sürüb. Zelenski bu təşəbbüsü “etibar edilməz bir ultimatum” adlandırıb.

Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və göründüyü kimi Amerika prezidenti Donald Tramp və ətrafı atəşkəsə nail olmaq istəyir, həmçinin sülh danışıqları istiqamətində ikitərəfli və ya dördtərəfli formatda danışıqların aparılmasında maraqlıdır.

“Xüsusilə, burada Ukraynanın mövqeyi əsasdır, çünki Ukraynanın mövqeyi konkret olaraq həlledici faktordur. Volodimir Zelenski atəşkəsə razılıq verə bilər. İlk növbədə Ukraynanın NATO-ya üzv olması istiqamətində atılan addımları mütləq şəkildə Kiyevi qane etməlidir və söz verilməlidir, bundan sonra ərazilərini qaytarmaq üçün danışıqlar prosesinə gedə bilər. Burada Avropa İttifaqının da mövqeyi əsasdır”, – ekspert əlavə edib.

Politoloqun fikrincə, sülh danışıqları sual doğurur:

“Avropa İttifaqı Zelenskiyə bundan sonra da hərbi və maliyyə dəstəyi verəcək. Əgər Donald Tramp birtərəfli şəkildə yalnız ABŞ və Rusiya maraqlarını burada üstün tutarsa, Ukrayna və Avropa maraqları üzərindən xətt çəkərsə müharibə davam edəcək. Zelenski və Avropa dövlətləri müharibəni davam etdirəcək.

Torpaqların işğaldan azad edilməsi üçün müharibə daha da uyğun variantdır və bunun üçün ilk növbədə Avropa dövlətləri Ukraynaya qoşun yeritməlidir. Bu, qaranlıq məqamdır. Rusiyada güclənəcək. Torpaqların diplomatik yolla qaytarılması müqabilində Ukraynanın 80 faizinin təhlükəsizlik təminatı və NATO-ya üzvlüyünə Amerika razı olmayacaq. Xüsusilə, NATO məsələsində. Ona görə də həlledici faktor yalnız müharibə meydanında həll olunacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu