ABŞ-nin böyük planı, NATO-nun çöküşü – ŞƏRH

Yeni dünya siyasi nizamı Rusiyanın Ukraynaya qarşı işğalı fonunda ciddi dəyişdi. Artıq yeni dünya siyasi nizamı 2022-ci fevralından əvvəlki kimi deyil. ABŞ oturuşmuş ənənəvi xarici siyasət strategiyasından imtina edir.
Sosdem.az xəbər verir ki, bunu Avrasiya.net-ə Milli Cəbhə Partiyasının başqan mavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə ABŞ-nin planı birqütblü dünyadan imtina edərək, Rusiyanın da fövqəl dövlət statusunu tanımaqdır.
“Məhz ABŞ Rusiyanın işğalına məruz qalan Ukraynanı dəstəkləməkdən imtina edərək, Rusiya ilə eyni masada oturur. Demək olar ki, NATO de-fakto çökür. Həmçinin ABŞ və Avropa arasında təhlükəsiz bağları qopur.
Avropa ölkələri Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi sövdələşməyə imkan verməməyə çalışır. Böyük Britaniya baş naziri, Fransa və Ukrayna prezidentlərinin Vaşinqtona səfəri gözlənilir. ABŞ Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalasa da, Rusiyanın işğal etdiyi ərazilərdən çəkilməsi məsələsini qaldırmayacaq. ABŞ və Rusiya razılaşması var. Və razılaşma Avropa və Ukraynanın maraqlarina uyğun deyil”, – ekspert bildirib.
