Xəbərlər

Pensiyalar gecikir, amma işıq pulunu gecikdirsən…

“Cəmiyyətimizdəki təzadlar davamlı olaraq məni təəccübləndirir. Təəccübləndiyim məqamlardan biri də həyatımızdakı yanaşmalardır. Məsələn, pensiyalar hər dəfə fərqli günlərdə verilir”.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

Başqan müavini pensiyaların gecikdirilməsinin, hər ay müxtəlif vaxtlarda verilməsinin insanlara ciddi problemlər yaratdığını bildirib:

“Amma internetin, işığın, qazın, suyun pulunu dərhal ödəməsən istifadə edə bilmirsən, yaxud gəlib kəsirlər. Pensiyasını ayın 10 da almalı olan adamın təqaüdü 10 gün gecikirsə, lap 3 gün geciksə belə qaz, işıq, su üçün də karta yükləməyə pulu yoxdursa nə etməlidir? Avans da verilmir. Yaşa görə kredit də verilmir. 70-80 yaşlı adamın yola çıxıb dilənməsi də çətindir. Çoxu ayaq üstə dura bilmir, yaxud xəstədir. Madam elədirsə, gecikməyə görə DSFM niyə cərimə ödəmir?

Amma, bir gün gecikməyə görə işıq, qaz, su, internet kəsilir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu