Xəbərlər

MCP Gəncə Memorial Kompleksini ziyarət edib

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev, Vüqar Dadaşov, Təşkilat Şöbəsinin müdiri Kamil Babayev, Mətbuat Şöbəsinin müdiri Vüsal Qarayev Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Faciə qurbanlarının xatirə lövhəsi önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda raket zərbələri endirilib. İlk hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin – Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verib və bu hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də təşkil olunub. Həlak olan və yaralanan olmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu