Xəbərlər

Zərifə Əliyevanın xatirəsinə ehtiramla

Bu gün görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür.

Zərifə xanım Azərbaycan tibb elminin inkişafında, xüsusilə görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşən minlərlə insanın şəfa tapmasında misilsiz xidmətlər göstərmiş bir ziyalıdır. Onun apardığı elmi tədqiqatlar və xüsusilə traxoma xəstəliyinə qarşı apardığı uğurlu mübarizə Azərbaycan səhiyyə tarixinin şərəfli səhifələrindəndir.

O, təkcə böyük bir alim deyil, həm də sadəliyi, xeyirxahlığı və yüksək mənəvi keyfiyyətləri ilə seçilən nümunəvi Azərbaycan qadını idi. Ulu Öndər Heydər Əliyevin sadiq ömür-gün yoldaşı və fədakar ana olan Zərifə xanımın xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.

Görkəmli elm xadimini dərin hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirəm.

Razi Nurullayev Milli Cəbhə Partiyasının başqanı, deputat

Bir cavab yazın

Back to top button