Xəbərlər

Yaxın Şərqdə güc balansı dəyişir… – Politoloq

Amerika Birləşmiş Ştatları prezidentinin ziddiyyətli və qeyri-ciddi açıqlamaları prosesi daha da gərginləşdirir. Region ölkələri atəşkəsin uzanmayacağı təqdirdə İranın davranışına uyğun addım atacaq. ABŞ-nin İrana qarşı keçirdiyi hücum əməliyyatlarının nəticəsində İran tərəfi də öz hücum planına uyğun olaraq əsasən İsrailə atəş açır.

Bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan Sosdem.az-a Yaxın Şərqdəki son hərbi-siyasi vəziyyəti və regiondakı yeni güc balansını şərh edərkən deyib.

Şərhçi bildirib ki, regionda müharibənin davam etməsi bütün qonşu dövlətlər üçün ciddi narahatlıq doğurur:

“Yaxın Şərqdə güc balansı dəyişəcək. Stabil qalması üçün müharibənin sonunu və nəticələrini gözləmək lazımdır. Məlumdur ki, ABŞ həm hərbi, həm siyasi, həm də iqtisadi yöndən İrandan daha güclüdür və xüsusilə də İsraillə eyni cəbhədədir. Şübhə yoxdur ki, İranı vaxtilə İraqdakı vəziyyətlə qarşılaşdıra, qoşun yeridə bilərdilər. Lakin İranın diplomatik səyləri ABŞ və İsrailin fasilə verməsinə səbəb olub.”

MCP rəsmisinin fikrincə, hazırkı atəşkəs aldadıcı xarakter daşıyır və tərəflər sülhdə maraqlı deyil:

“Hazırda ABŞ və İsrail atəşkəsdə və sülhdə maraqlı deyil. Müəyyən mərhələni başa vurub, yenidən hərbi müdaxilə edəcəklər. İranda hakimiyyətin sentyabr ayına qədər dəyişməsi başlanğıc planlarının tərkibi olaraq qalır. Artıq İranın regiondakı təsiri minimuma enib. Hizbullaha qarşı həm hərbi əməliyyatlar keçirilir, həm də Livan hökumətini bu təşkilatı sıxışdırmağa məcbur edirlər. Atəşkəs kövrəkdir və genişmiqyaslı müharibə ehtimalı masada qalmaqdadır”.

Bir cavab yazın

Back to top button