VideoXəbərlər

Yarım milyon sənədsiz evin taleyi: Yeni qərar gözlənilir – DEPUTAT

Azərbaycanda təxminən yarım milyona yaxın ev sənədsizdir. Problemin səbəblərindən biri belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev “Xəzər Xəbər”ə bildirib ki, 2007-ci ilin noyabrnadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasında heç bir problem yaradıla bilməz. Lakin 2007-ci il dekabrının 1-dən sonra alınan bələdiyyə torpaqlarının qeydiyyatı mümkün deyil.

Deputat həmçinin qeyd edib ki, yaxın aylarda sənədsiz evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı və yeni qərarın qəbul ediləcəyi gözlənilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu