Xəbərlər

Xoşbəxt qadın, rifah içində yaşayan güclü dövlət deməkdir – Deputat

“8 Mart sadəcə təqvim bayramı deyil, qadınlarımızın cəmiyyətdəki yerini, onların sosial gücünü və ölkəmizin gələcəyindəki rolunu bir daha dərk etmək günüdür. Bizim hədəfimiz xoşbəxt, təhsilli və iqtisadi baxımdan tam müstəqil Azərbaycan qadınıdır”.

Sosdem.az xəbər verir ki, bunu qadınları 8 mart münasibətiylə təbrik edərkən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Qadınlarını cəmiyyətin sütunu olduğunu vurğulayan millət vəkili, onların təhsilli, savadlı olmasının, öz ayaqları üzərində durmasının vacibliyini xüsusi qeyd edib:

“Bir qadını təhsilə cəlb etmək, əslində bir ailəni, bir nəsli xilas etməkdir. Savadlı və intellektual qadın həm də savadlı övlad yetişdirən anadır. Biz istəyirik ki, Azərbaycan qadını heç kəsdən iqtisadi asılılığı olmadan, öz bacarığı və biliyi ilə həm ailəsinə, həm də dövlətinə töhfə versin. Güclü qadın – güclü cəmiyyət və məğlubedilməz dövlət deməkdir.”

MCP başqanı qadınların sosial rifahının yüksəldilməsinin vacibliyini qeyd edib:

“Qadınlarımıza xoşbəxtlik arzulamaq kifayət deyil, biz həm də onların sosial təminatını, iş imkanlarını və hüquqlarını ən yüksək səviyyədə qorumalıyıq. Hər bir ana övladını yetişdirərkən sabahına inamla baxmalıdır. Qadınlarımıza həm evdə, həm də işdə layiqli şəraitin yaradılması bizim mənəvi borcumuzdur.”

Bir cavab yazın

Back to top button