Xəbərlər

“Xocalı Memorialı milli yaddaşımızın silinməz pasportudur” – Deputat

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılması həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük rezonans doğurub.

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bu tarixi hadisəni yüksək qiymətləndirib.

Millət vəkili Sosdem.az-a bildirib ki, bu abidə sadəcə keçmişin xatirəsi deyil, həm də gələcəyə ötürülən mühüm bir mesajdır:

“Xocalı şəhərinin mərkəzində ucaldılan bu Memorial bizim milli yaddaşımızın qorunması üçün ən vacib addımlardan biridir. Biz bura intiqam hissi ilə deyil, ədalət və həqiqət hissi ilə gəlirik. Bu kompleks həm öz gənclərimiz, həm də ölkəmizə gələn xarici qonaqlar üçün bir canlı tarix dərslidir. Onlar görməlidir ki, sülhün və təhlükəsizliyin dəyəri nə qədər böyükdür.”

“Həqiqət sülhün ən möhkəm təməlidir”

MCP başqanı vurğulayıb ki, faciəni xatırlamaq düşmənçiliyi körükləmək deyil, əksinə, bir daha belə vəhşiliklərin yaşanmaması üçün bəşəriyyətə çağırış etməkdir:

“Memorialı əhatə edən o ‘rəmzi əllər’ əslində insanlığın bir-birini qorumaq məsuliyyətini simvolizə edir. Heydər Əliyev Fondunun hazırladığı bu konsepsiya göstərir ki, biz Xocalını unutdurmayacağıq. Amma bizim məqsədimiz qisasçılıq yox, baş verənlərə hüquqi-siyasi qiymətin verilməsini təmin etməkdir. Həqiqət tanınmadan qurulan sülh kövrək olar. Bu abidə isə o həqiqətin ən uca səsidir.”

Bir cavab yazın

Back to top button